Yuxarı

Rusiyada Türkiyə meyvəsinə yaşıl işıq

Rusiyada Türkiyə meyvəsinə yaşıl işıq

Rusiya Türkiyədən meyvə-tərəvəz idxalına qoyulan qadağanı götüruüb. Cebhe.info xəbər verir ki, ilk növbədə apelsin, naringi, ərik kimi meyvələrin idxalına olan qadağa qüvvədən düşüb. Bu barədə qərar Rusiya nümayəndə heyətinin Türkiyəyə səfərindən sonra qəbul edilib. Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Rusiya tərəfi belə bir qərar qəbul edib. Qeyd edək ki, iki ölkə arasında münasibətlər Türkiyə Silahlı Qüvvələrinin Rusiyaya məxsus Su-24 təyyarəsini vurmasından sonra yaranmış və uzunsürən gərginlik Ərdoğanın rusiyalı həmkarından üzr istəməsi ilə ortadan qalxmışdı. Hazırda Türkiyədən Rusyaya üzüm, alma, armud, çiyələk, tomaq pastası, soğan, kələm, brokolo, xiyar, ev quşlarının idxalı qadağandır.  





Həftənin ən çox oxunanları