Yuxarı

Suriyaya yardım: “Elə görünməsin ki, Bakı Kremlin Əsəd rejiminə dəstək verir”

Suriyaya yardım: “Elə görünməsin ki, Bakı Kremlin Əsəd rejiminə dəstək verir”

“Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Pekində keçirilən Syanşan Təhlükəsizlik Forumunda bildirib ki, Rusiya Hələb bölgəsində genişmiqyaslı humanitar əməliyyat başlayıb və beynəlxalq ictimaiyyəti onun səylərini dəstəkləməyə çağırır. Rusiya hərbçisinin sözlərinə görə Belarus, Çin, Azərbaycan, Serbiya, Hindistan, Qazaxıstan Suriyaya humanitar yardım göndərməyi planlaşdırır. Aydındır ki, bu yardım Rusiya aviasiyası vasitəsilə son məntəqəyə çatdırılacaq”. Cebhe.info xəbər verir ki, bu sözləri politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Kremlə Hələb şəhərinə yardım kampaniyasına tərəfdaşlarını qoşmaq çox vacibdir. Çünki Qərb dövlətləri Hələb şəhərindəki humanitar böhrana görə Əsəd rejimi ilə yanaşı Rusiyanı da günahkar sayır: “Çünki Rusiya təyyarələrinin bombardmanları nəticəsində mülki əhali arasında tələfat var. Rusiya isə bu “imicdən” qurtulmaq üçün hamunitar yardıma tərəfdaşlarını da qoşmaq istəyir ki, Hələb məsələsində təklikdən qurtulsun. Azərbaycanın da humanitar aksiyaya qoşulması normaldır. Böyük ehtimalla Rusiya Azərbaycana bunu təklif edib. Bu təklifdən imtina Kremldə xoş olmayan jest kimi qiymətləndirilə bilərdi. Ancaq bununla paralel olaraq Azərbaycanın Qərb ölkələrinin, o cümlədən beynəlxalq təşkilatların da Suriyadakı humanitar aksiyalara qoşulması doğru olardı. Yəni elə görünməsin ki, Azərbaycan Rusiyanın hərbi təyyarələri üzərindən Suriyadakı insanlara kömək edirsə, bu, rəsmi Bakının Kremlin Əsəd rejiminin müdafiə etməsinə dəstək mənası daşıyır”. Alçina Amilqızı





Həftənin ən çox oxunanları