Gürcüstanın ana müxalifət partiyası hesab edilən “Vahid Milli Hərəkat” partiyasının seçkilərdə deputat mandatı qazanmış namizədləri parlamentə gedəcəklər. Partiyanın üzvü, ilkin məlumatlara görə proporsional siyahı üzrə deputat mandatı qazanmış Azər Süleymanov bildirib ki, bu barədə partiyanın siyasi şurasının oktyabrın 11-də keçirilmiş iclasında qərar qəbul olunub. A.Süleymanov deyib: “Oktyabrın 8-də keçirilmiş parlament seçkilərində proporsional siyahı üzrə mandat qazanmış şəxslərin parlamentə getməyəcəkləri barədə müəyyən fikirlər var idi. Siyasi şura bu gün həmin şəxslərin parlamentə getməsi, həmçinin majoritar dairələrdə mübarizə aparan namizədlərin ikinci turda mübarizəni davam etdirmələri barədə qərar qəbul edib”. İlkin məlumatlara görə, “Vahid Milli Hərəkat” partiyası seçkilərdə proporsional siyahı üzrə 27 deputat yeri qazanıb. Majoritar dairədən isə hələlik heç bir mandat əldə olunmayıb. Marneulidəki 36 saylı dairədən namizədliyi irəli sürülmüş azərbaycanlı Əhməd İmamquliyev birinci turda seçicilərin 47,91 faizinin səsini toplayıb. İkinci turda onun rəqibi seçicilərin 43,41 faiz səsini toplamış Tamaz Naveriani olacaq. A.Süleymanov bildirib ki, partiya üzvləri Ə.İmamquliyevin qələbə qazanması üçün səylərini davam etdirəcək.(AzərTAc)
- Ana səhifə
- Dünya
- Saakaşvilinin partiyası parlamentə gedəcək
Saakaşvilinin partiyası parlamentə gedəcək
Bu bölmədən digər xəbərlər
- Tanınmış astroloq: "2021-ci ildə müharibə və devalvasiya olacağı…” Tarix 24 Dekabr, 04:21
- Dünya düzəni dəyişir: Yeni xəritələr yaranacaq? Tarix 26 Noyabr, 08:05
- Qlobal güclərin 2023 planı: Dünyanın siyasi xəritəsi dəyişəcək? Tarix 3 Sentyabr, 14:52
- Tarixi dönüş: "Rus NATO-su"na təhlükə: Qurumun taleyi Minskdə həll olunur Tarix 22 Avqust, 18:36
- Tehran üçün sürpriz: İran "qara zolaq”dan çıxır? Tarix 22 Avqust, 18:35
- CHP "incə-incə" parçalanır? Tarix 11 Avqust, 21:48
- Virusdan asılı seçki: Trampı ancaq peyvənd xilas edə bilər Tarix 6 Avqust, 15:44
- Terror siyasəti: İran "əkdiyini biçir” Tarix 28 İyul, 00:13
- Böyük ticarət savaşı: Virus kimi qalib edəcək? Tarix 18 İyul, 21:51
- Neft Fondunun aktivləri azalır: Büdcə necə formalaşacaq? Tarix 12 İyul, 23:12
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi