Yuxarı

Hərbi çevrilişlə bağlı cinayət işinə xitam verildi

Hərbi çevrilişlə bağlı cinayət işinə xitam verildi

Türkiyədə 12 sentyabr çevrilişini törədənlərlə bağlı cinayət işinə xitam verilib. Ankara Respublika Prokurorluğu 12 sentyabr hərbi çevrilişinin 30 illik  zaman aşımına uğraması səbəbi ilə bu hadisədə günahlandırılan şəxslərlə bağlı cinayət işinə xitam verib.  Cebhe.info xəbər verir ki, bu günlərdə FETÖ-nün iyulun 15-də etdiyi çevriliş cəhdi ilə yanaşı 12 sentyabr 1980-cı il hərbi çevrilişinin iştirakçıları ilə bağlı qərar çıxarılıb. Ankara Respublika Prokurorluğu 12 sentyabr hadisəsindən sonra aralarında Kənan Evrənin də olduğu Milli Təhlükəsizlik Şurasının digər üzvləri, həyatda olmayan əsgər və siyasətçilər haqqında "hərbi çevriliş" işinin istintaqını tamamlayıb. Beləcə 12 sentyabr çevrilişindən kimsə cəza almayıb. Həmin hadisəyə görə arasında siyasətçilərin də olduğu 1610 şəxs barəsində "Konstitusiyanı ortadan qaldırmağa təşəbbüs etmə", "Türkiyə Böyük Millət Məclisini ləğv etməyə və ya vəzifəsini icra etmək üçün maneə törətməyə təşəbbüs etmə", "Qəsdən adam öldürmə", "İşgəncə”, “Təhqir "," Təhdid "," Qəsdən sağlamlığa ziyan vurma "," Vəzifəsindən sui-istifadə etmə "," Cinsi istismara məruz qoyma " maddələrindən cinayət işi açılmışdı. Alçina Amilqızı





Həftənin ən çox oxunanları