Yuxarı

FETÖ Gülənə əvəz axtarır

FETÖ Gülənə əvəz axtarır

Taliyət Əliyev: “ABŞ-ın Gülən məsələsində öz marağı var” Çevriliş cəhdindən sonra FETÖ-də Fətullah Gülənin Türkiyəyə qaytarılacağı, ya da səhhətində problem yaranacağı təqdirdə təşkilatı idarə edəcək şəxsi təyin etməyə çalışırlar. ABŞ hökuməti isə hələ ki Fətullah Güləni qaytarmaqdan boyun qaçırır. Cebhe.info türk mətbuatına istinadən xəbər verir ki, Gülənə ən yaxın qrupda yer alan Mehmet Ali Şengül, Cevdet Türkyolu, Osman Şimşek və Ahmet Kurucan namizədliyi müzakirə edilir. Qruplar Şengülün yeni lider kimi önə çıxdığı düşüncəsindədir. FETÖ-nün bütün fəaliyyətini yaxından izləyən xüsusi xidmət orqanlarının apardığı təhlillər əsasında  hazırlanmış hesabatda həbs olunan və ya təşkilata arxa çevirənlərin yerinə yeni üzvlərin seçildiyinə diqqət çəkilib. Təşkilat imamlar vasitəsilə həbcxanalarda “motivasiya" işi aparır. FETÖ üzvlərinin kütləvi halda namaz qılaraq  prezident Tayyib Ərdoğana  "qarğış seansları” edirlər. Hesabatda vurğulanır ki, təşkilat rəhbərləri əsas heyətə səbrli olmaları ilə bağlı çağırış edib. Məhbus təşkilat üzvlərinə də ən gec 2 ay ərzində azad ediləcəkləri barədə məlumat göndərilib. Beləliklə, təşkilatda etirafın qarşısını almaq üçün iş aparıldığı qeyd edilib. Məsələni Cebhe.info-ya şərh edən Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini Taliyət Əliyev deyib ki, ABŞ Fətullah Güləndən Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edir. O bildirib ki, Gülənin ekstradisiyası real görünmür: “Son günlər FETÖ məsələsi dünya gündəmini zəbt edib. Türkiyə də hərbi dövlət çevrilişinin arxasında Fətullah Gülən dayanır və bununla bağlı əllərində faktlar olduğunu bildirdi. Amerika tərəfinin bu məsələdə mövqeyi bu idi ki, Türkiyənin dediyi faktlar Fətullah Gülənin Türkiyəyə qaytarılması üçün yetərli deyil. Bununla bağlı bir çox görüşlər, müzakirələr aparıldı. Biz bu görüşlərin ancaq mətbuata açıqlanan hissəsi qədər məlumatlıyıq. Bu görüşlər haqqında ətraflı məlumatımız yoxdur. Ona görə də, bu barədə birmənalı fikir söyləmək çətindir. Belə deyək də, Türkiyə hökuməti faktları təqdim edir, Amerika qarşısına tələb qoyursa,  görünür, əlllərində real faktlar var.  Amma bu ekstradisiya məsələsi isə, bir az çətin məsələdir. Çünki həmin ölkələr arasında ekstradisiyalar həyata keçirilmir. Ümumiyyətlə, son zamanlarda açıq şəkildə görünür ki, Avropa və Qərbin qərəzli mövqeyi ortadadı”. “Qərb onu vermək istəmir” Əgər bir tərəfdən bunlar terrora qarşı mübarizə apardıqlarını deyirlərsə, bir tərəfdən də terrorçunu müdafiə edirlər. Görürsən ki, bir terrorçu və ya separatçı Avropanın ortasında gəlib çadır qurur, marafon keçirir, müraciət oxuyurlar. Ancaq digər terrorçuları, separatçıları bunlar məhv edirlər. Yəni, terrora qarşı mübarizədə dünya çapında ikili münasibət var. O artıq göz önündədir, bunu danmaq mümkün deyil. O baxımdan da, görünür, ABŞ hökumətinin də Fətullah Gülən məsələsində  xüsusi marağı var. Gülən onlar üçün siyasi maraqlarını həyata keçirməkdən ötrü  vasitədir. Onun və onun kimilərin vasitəsilə həmin Türkiyəyə təzyiq etmək istəyirlər. Yəni, o, Qərbin əlində siyasi alətdir, onu əldən vermək istəmir.” Məcid Həsənli





Həftənin ən çox oxunanları