Yuxarı

NATO-da Rusiyaya qarşı “Barbarossa” planı

NATO-da Rusiyaya qarşı “Barbarossa” planı

"Müharibə 20 günə başa çatacaq" NATO-Rusiya münasibətlərinin gərginləşməsi və Rusiya-ABŞ münasibətlərinin son günlər artan gərgin xətt üzrə inkişafı müharibə ehtimalını gündəmə gətirib. Münasibətləri “soyuq müharibə” dövrünə qayıdış kimi qiymətləndirən ekspertlər müharibə ehtimalını göz önünə alır. Ukrayna mətbuatının yazdığına görə, Pentaqon ekspertləri NATO-Rusiya müharibəsinin 20 gün davam edəcəyini və bu müddətdə Rusiyanın diz çökəcəyini planlaşdırır.  Rusiya tərəfi isə bu barədə yazılanların 1812 və daha sonra 1941-ci illə eyniləşdirir. Hitler Almaniyasının SSRİ-ə qarşı “Barbarossa” planı ilə Pentaqon generallarının söylədiklərinin uyğunluğu rusları bu planın mövcudluğunu şübhə altına almasına səbəb olur. Pentaqonda Rusiya üzrə baş analitik Devid Cuberq bildirib ki, təmsil etdiyi qurumda və komandanlıqda bütün ölkələrə qarşı hərbi planlar var: “Pentaqonda və Alyansın komandanlığında bütün dünya ölkələrinə qarşı hərbi əməliyyatlar planı var. İlk növbədə bu planlar aqressiv və stabil olmayan ölkələrə qarşı hazırlanır. NATO və Rusiya arasında qarşıdurma uzağı 15-20 gün davam edəcək, bundan uzun sürməsi mümkün deyil.  Alyansın hərbi büdcəsi Rusiyanın müdafiə büdcəsindən 10 dəfə artıqdır. Bu lazerə qarşı vint müharibəsi olacaq”. Rusiya mütəxəssisləri belə hesab edir ki, indiki halda generallar NATO deyərkən əslində Amerikanı nəzərdə tutur. NATO büdcəsinin böyüklüyünə gəlincə, doğrudan da böyük rəqəmlərlə ölçülür. Pentaqonun dünya ölkələrində 870 hərbi bazasının olduğu deyilir. Bundan başqa amerikalıların bir çox layihələri var ki, başqa ölkələr üçün bu layihələr fantastik görünə bilər. Məsələn, F-35 “nəslindən” olan qırıcı-bombardmançı. F-35-in tamamilə gözəgörünməz olduğu deyilir. Bundan başqa Amerikada bu yaxınlarda super-esmines “Zumwalt”ın təqdimatı olub. Ameriaklıların dediyinə görə, bu qurğu stels-texnologiya əsasında konstruksiya edilib. 200 metrlik gözəgörünməzin olması da başqa bir mövzudur. Rusiya mənbələri Pentaqonun hərbi xərclərinin çox olması barədə söylənilənlərin təhlili zamanı ayrılan vəsaitin bir hissəsinin heç də hərbi məqsəd daşımadığı qənaətindədir. Məsələn, Pentaqonda kofe aparatının 7600 dollara alındığı deyilir. Yaxud unitazlar üçün 640 dollar xəcləndiyinə dair məlumatlar səsləndirilir.  





Həftənin ən çox oxunanları