Yuxarı

Kremlin qucağından sıyrılıb çıxanlar

Kremlin qucağından  sıyrılıb çıxanlar

 

Putin onlarla yolları niyə ayırdı?

“2014-cü ilin yayında Donbasdan Moskvaya qayıdan İqor Strelkov xüsusi xidmət orqanlarının zabitinə məxsus davraniş nümayiş etdirirdi. O, keçmiş “Donetsk Xalq Respublikasının” “müdafiə naziri” idi, müasir Rusiyada xüsusi xidmət orqanlarının zabitinə xas davranışlar sərgiləyirdi: onun iş otağını prezident Vladimir Putinin portreti bəzəyirdi. Ancaq bir il sonra həmkarlarının dediyinə görə həmin portret otaqdan yoxa çıxıb. İndi keçmiş zabit müxalif hərəkatlardan birinə rəhbərlik edir. 2 il əvvəlki vəziyyətdən əsər-əlamət yoxdur”. Cebhe.info xəbər verir ki, Mark Qaleottinin son yazısında belə deyir.

(Əvvəli ötən sayımızda)

2003-cü ildə Kreml vətənpərvər, milli və sağçı qüvvələrin “Rodina” Partiyasında birləşdirilməsinə xeyir-dua verdi. Partiyaya hakimiyyətlə əlaqələri olduğu bildirilən nasionalistlər Dmitri Roqozin və Sergey Qlazev rəhbərlik edirdi. 2006-cı ildə isə partiya Kremlin təkidli təzyiqləri nəticəsində buraxıldığını elan etdi. Ancaq çox keçmədi ki, partiyanın hər iki lideri Kremlə yenidən lazım oldu. Həm Roqozin, həm də Qlazev Kremlin milliyyətçi siyasətində ona lazım idi, həm xarici, həm də daxili siyasətdə onların qüvvəsindən istifadə etmək nəzərdə tutulurdu.

Generalla qaranlıq əlaqələr

Təəccüblü deyil ki, bütün bunlar bir çox yazar və filosofların millətçi və imperialist fikirləri ilə müşayət olunurdu. Onlar xüsusi xidmət orqanları və hərbi dairələrlə qaranlıq əlaqələrə malik insanlar olub. Buna misal olaraq Aleksandr Duqin və Aleksandr Proxanovu göstərmək olar. Duqinin ulduzu yenidənqurmadan sonra parlayıb. Daha sonralar, 1993-cü ildə Yeltsinə qarşı çıxan qüvvələr arasında onun adı tez-tez hallanırdı. 90-cı illərdə Duqin general İqor Rodionovla yaxınlıqla tanınırdı. O, Baş Qərargahın Akademiyasında mühazirələr oxuyurdu və beləliklə generalla yaxınlaşmışdı. General 1996-1997-ci illərdə müdafiə naziri olmuşdu, Yeltsin adminsitrasiyasında təmsil olunurdu, qərbyönümlü əhval-ruhiyyəsinə və baxışlarına baxmayaraq “soyuq müharibə”ni də dəstəkləməkdə davam edirdi. Qərargahdakılarla qaranlıq əlaqələrinə görə Duqini filosof hesab etməyə başladılar. Onun hətta 2014-cü ildə Putinin xarici siyasətlə bağlı baxışlarına təsir göstərdiyi də bildirilir. Amma bu yanlışlıqdır: Başqa sözlə desək, Duqinun fikirləri Putinə təsir göstərmir, əksinə.

Kremlin qucağından sıyrılıb çıxanlar

Ölkədə is vəziyyət zaman-zaman, Ptinin hakimiytəti illərində dəyişir. Millətçi layihələr Kreml tərəfdindən ya dəstəklənir, ya da sadəcə irəli sürülür, təşəbbüs kimi ortaya atılır. Ancaq sonradan bu layihələri icra edənlər Kremlin qucağından sıyrılıb çıxmağa can atır, buna isə onları rejimin ikiüzlüyü vadar edir. Bu ikiüzlüyü görən kimi mövqelər və fikirlər dəyişir.

Buna əyani sübut: Qanunsuz miqrasiyaya qarşı hərəkatla Kremlin dostluğuna baxaq. Əvvəl bu hərəkat hakimiyyətə qarşı kifayət qədər loyal münasibət bəsləyib. Hərəkat 2005-ci ildən başlayaraq Millətçi Rus Marşının təşkilatçısı olub. Prezident Administrasiyası rəhbərinin müavini Vladislav Surkov Rus Marşının “xaç ata”laırndan biri olub. Bunu hətta millətçi dairələrlə əlaqələri olan analitik Yeqor Xolmoqerov da təsdiqləyir. Onun sözlərinə görə,  heç kəs Marşın Lremlin xeyir-duası olmadan keçirilə biləcəyini güman etmirdi. Marşın arxasında dayanan slavyan ittifaqı isə çox keçmədən öz radikallığı ilə seçilməyə başladı.Hər şeydən öncə isə onlar artıq idarəolunmaz hala gəlmişdilər. Proseslərin iştirakıçısı olmuş Aleksandr Belov danışır ki, onlara millətçi qruplardan ibarət ictimai şura yaradılması təklif olunmusdu. Bu qrupların yaradacağı qurumlar arasında Slavyan İttifaqı da vardı və polislə əməkdaşlıq da nəzərdə tutulmuşdu. Qəfildən çox şey dəyişdi. Hər şey də ondan başladı ki, “Spartak”ın azarkeşi Yeqor Sviridov qeyri-rus millətindən olan şəxslər tərəfindən öldürüldü və bu, 2010-cu ilin dekabr ayında kütləvi iğtişaşlara yol açdı. İğtişalarda sözügedən qrupların da iştirakı istisna edilmirdi. Liberal siyasətçi Anatoli Çubaysa sui-qəsddə adı hallanan, ancaq sonra təmizə çıxan Vladimir Kvaçkovun adı da bu qarışıqlıqda çəkilirdi. Onu hətta silahlı üsyan yaratmaq ittihamı ilə həbs də etdilər. Keçmiş xüsusi təyinatlı, Kvaçkovu tanıyan şəxs deyirdi ki, bu hadisələr Kremlin millətçi hərəkatdan öz məqsədləri üçün istifadə etdiyinə bir sübut olub: “Hər şey həmişəki kimidir. Onlar bizdən istifadə edirlər. Onlara nə zamansa əsgər lazımdırsa, isitifadə edirlər və daha sonra, biz problemə çevriləndə isə kənara tullayırlar”.

Hökumətin cibindən küçə müxalifətinə

Daha sonra hakimiyyət millətçilərdən daha vacib və təhlükəli işdə istifadəyə qalxdı- Ukraynanın şərqində döyüşmək. Ancaq bu zamana qədər Kreml artıq dərk etmişdi ki, millətçilərlə “siçan-pişik” oyanamaq çox təhlükəlidir. Ya millətçi kəsəyən çox böyük olurdu, ya da Kreml pişiyi çox tənbəl. 2011-2012-ci illərdə isə milltəçi təşkilatlar artıq Kremlə qarşı küçə müxaliətinə çevrilirdilər. Daha sonradan cəmiyyətdə “Bataqlıq” etiraz hərəkatı kimi tanınmağa başlandı və özlərinə rəmz olaraq ağ lent seçdilər. Putinin üçüncü dəfə hakimiyyətə qayıtmasına etiraz edən liberal kosmopolit seçici cameəsi millətçi ideyalara dəstək verməyə başlayınca millətçi, liberal və sağçı fəalları birləşdirən müxalifətin Koordinasiya Komitəsinə faktiki olaraq Aleksey Navalnıy rəhbərlik etməyə başladı. Bir ayağı ilə liberal düşərgədə olan Navalnıy çox keçmədən millətçilərə qarşı gizlətmədiyi simpatiyasına görə hədəfə gəldi. O, 2007-ci ildən etibarən Rus Marşında iştirak edirdi və bunu ancaq 2013-cü ildən bəri tərgidib. Bu isə müxalifətin liberal qanadında etirazla qarşılanırdı. Qeyri-qanuni miqrasiyaya qarşı çxan və Qafqaz respublikalarına federal subsidiyaların dayandırımasına tərəfdar olan siyasətçi bu baxışları ilə getdikcə Qərbi Avropa nasionalizminə yaxınlaşırdı.

Putinə gözlənilməz zərbə

Millətçilər Navalnıya xüsusi yanaşırdılar və ancaq ilk başdan da məlum idi ki, onların ən böyük problemi korrupusiya ilə mübarizədir. 2011-ci ildə Rus İcmasının Millətçi Konqresinin üzvü Aleksandr Bosıx deyirdi ki, əgər Navalnıy əvvəlki kimi korrupsiya ilə mübarizə sahəsində fəaliyyət göstərsə, onun nüfuzu olacaq. 2016-cı ildə Vladimir Putinə zərbə ən gözləmədiyi yerdən gəldi. Ukraynanın cənub-şərqində döyüşən keçmiş polis zabiti, komandir Strelkov özünün müxalifətdə olan Ümumrusiya Millətçi Hərəkatını yaratdı. Özü mətbuata danışmasa da onun müttəfiqi Konstantin Krılov bunu sadiq “putinçi”nin vətənpərvər dissidentə çevrilməsi kimi xarkaterizə edir: “O, uzun müddət öz loyallığını qorumağa çalışıb. Xarakterinə görə tipik vətənpərvərdir. Məsələ burasında deyil ki, o, öz vətənini sevmək istəyir. O, məsələn, inanır ki, bizim yaxşı hakimiyyətimiz var. Ancaq  bəzən ordakılar özlərini elə əvəzedilməz aparırlar ki, onların arasında oğruların olduğunu düşünmək məcburiyyətində qalırsan”.

“Kreml millətçilərdən qorxur”

Təşkilatın nizamnaməsində deyilir ki, qanun qarşısında hər kəsin bərabərliyi təmin edilməlidir. Bunun üçün ilk növbədə məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək nəzərdə tutulur. Təşkilatda belə hesab edirlər ki, indiki halda məhkəmələr qanunsuz və ədalətsiz qərarlar verir. Dövlətçilyin məhvi isə ədalət sisteminin məhvindən başlayır. Bununla yanaşı qurum Ukrayna, Belarus və Rusiyanın birləşdirilməsi çağırışları ilə gündəmə gəlir. Yeni Rusiya adlı, ideyası ilə gündəmi qarışdıran təşkilatın bəzi bəyanatları Navalnıyın o qədər xoşuna gəlib ki, hətta manifestdən bəzi hissələri də paylaşıb. Doğrudur, bu iki şəxs arasında heç vaxt “sevgi” olmayıb. “Kreml millətçilərdən qorxur, çünki onlar da Putinin istifadə etdiyi imperiya ritorikasından istifadə edirlər. Ancaq bunu Putindən daha yaxşı bacarırlar”,- deyə Navalnıy bildirir.

Buna görə də hətta Putini dəstəkləyən millətçilər də həbsxanalarda yatır. Onlar onun ayaqlarını öpürdülər, ancaq o, onların hamısını kənara itələdi”.  Strelkov Navalnıy deyənlərlə razılaşmır, bununla belə “Znak”a müsahibəsində “Mən Navalnıy ilə mübahisə etmirəm. Bütün sistem korrupsiyalaşıb, onların fikri oğurlamaq, satmaq və pulu xaricə göndərmək” üzərində qurulub”,- deyib. Həmçinin əlavə edib: “Küncə sıxılmış yırtıcını xatırlayın. O, hələ də təhlükəlidir. Ancaq siz gözləyə bilərsiz ki, o, qanaxmadan ölsün”.

Beləcə Putin küncə sıxışdırdığı düşmənlərinin ölümünü gözləyir. Arzusu baş tutacaqmı?

Cebhe.info





Həftənin ən çox oxunanları