Yuxarı

Amerikadan “Cümhuriyət”ə təşəkkür məktubu

Amerikadan “Cümhuriyət”ə təşəkkür məktubu

“Türkiyədə, bizdə nəşr olunan “Cümhuriyət” qəzeti deyil. Bu, Azərbaycanın “Cümhuriyət”idir. Həqiqətləri insanlara çatdırdığı üçün bu qəzetə öz təşəkkürümü bildirirəm”.

Cebhe.info xəbər verir ki, bu sözləri ABŞ-da fəaliyyət göstərən “Turkish-American Security Foundation” (TASFO) təşkilatının başqanı Fatih Özonur deyib.

F.Özonur Azərbaycanda nəşr olunan “Cümhuriyət” qəzetini Türkiyənin eyniadlı nəşri ilə müqayisə edib.

“Azərbaycanın “Cümhuriyət” qəzetinin kollektivi sağ olsun. Jurnalistləri Amerikada terrorla bağlı keçirdiyimiz sərgini xəbərə çevirib həm sayt, həm də qəzetlərində insanlara çatdırıblar. Azərbaycanlı “cümhuriyət”çilərə həssaslıqlarından dolayı hörmət və minnətdarlığımı çatdırmaq istəyirəm, həm özüm, həm də burada sərgiyə dəstək vermiş könüldaşlarım adından. Başqa bir məsələyə də toxunmaq istəyirəm. Vətənin bütövlüyünü, milli sərhədlərini müdafiə edən, Atatürk və silah yoldaşlarının qurduğu Türkiyənin əsgərinə, polisinə və xalqına atəş açan, dağlarda quldurluq edən, prospektlərdə xalqının üstünə tankları sürmüş terrorçuları müdafiə etməyi “demokratiya” adlandıran, PKK-nın alternativ partiyası, başda “DHKP-C” və digər qanunsuz fəaliyyət göstərən təşkilatların parlamentdəki səsi olan CHP-nin lideri və Almaniyanın agenti Kamal Kılıcdaroğlunun və 1915-ci il qondarma erməni soyqırımını ermənilər kimi dəstəkləyən, saxta və terrorun səsi olan “Cümhuriyət”i isə qınayıram.  Şəxsi maraqlarına görə xalqı əzənləri qəbul etmirəm. Siz İngiltərə, ABŞ və Almaniyanın qulbeçələrindən başqa heç nə deyilsiniz. Siyasətin saxtakarları və satılmışlarısınız, türkcə desək, xainsiniz. Azərbaycanın “Cümhuriyət” qəzetinə isə təkrar təşəkkür edirəm”.

Qeyd edək ki, Fatih Özonurun ermənilərin Azərbaycan və Türkiyədə həyata keçirdikləri terror ilə bağlı Amerikanın Arizona ştatında təşkil etdiyi foto-sərgi Cebhe.info saytı və “Cümhuriyət” qəzetində nəşr olunub.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları