Yuxarı

Milyarderin müşavirindən FETÖ üçün təhlükəli açıqlama

Milyarderin müşavirindən  FETÖ üçün təhlükəli açıqlama

“Gülənə sığınacaq verməməliyik"

ABŞ-ın 45-ci prezidenti seçilən Donald Trampın müşaviri Maykl Flinn "The Hill" qəzetində qələmə aldığı Türkiyə ilə bağlı məqaləsində "Gülənə sığınacaq verməməliyik. Bu böhranda həqiqi dostlarımızın kimlər olduğunu xatırlamaq bizim üçün məcburidir" ifadələrini işlətib.

Cebhe.info türk mətbuatına istinadən xəbər verir ki, ABŞ-da prezident seçkisinin Donald Trampın qələbəsi ilə nəticələnməsi müxtəlif sualları doğurub. Tramp dövründə Türkiyə-ABŞ münasibətlərinin necə olacağı maraq edilərkən, Trampın müşaviri Maykl Flinn "The Hill" qəzetində "Müttəfiqimiz Türkiyə böhranda və dəstəyimizə ehtiyacı var" adlı məqalə qələmə alıb. Bir çox amerikalının Türkiyənin bu günlərdə nə etdiyini dəqiq bilmədiyini söyləyərək məqaləsinə başlayan Flinn "Türkiyənin ABŞ maraqları üçün həyati əhəmiyyətə malik olduğunu anlayaraq başlaya bilərik. Türkiyə bölgədəki sabitlik mənbəyi olmaqla yanaşı, İraq və Suriyada İŞİD-ə qarşı həqiqətən bizim ən güclü müttəfiqimizdir. ABŞ-ın hərbi əməliyyatları ilə əməkdaşlıq edir. Ancaq Obama rəhbərliyi Ərdoğan hökumətinə məsafəli davranır",- deyə yazıb. "Türkiyə ilə ABŞ arasında ilk növbədə münaqişə mövzusu keçmiş prezident Bill Klintonun "dostum" dediyi, Pensilvaniyada yaşayan Fətullah Güləndir" ifadələrini işlədən Flinn "Gülən özünü mülayim kimi göstərir, ancaq əslində radikal islamçıdır. Gülən əsgərlərinin hər cür əmrlərini yerinə yetirmək üçün gözləmələrini tərifləyir. Əgər həqiqətən mülayim olsaydı, sürgündə olmazdı",- deyə qeyd edib. Flinn məqaləsinə belə davam edib: "Gülənin geniş qlobal şəbəkəsi təhlükəli, yatan terror şəbəkələrinin tərifinə uyğun işarələr daşıyır. Türkiyənin dünyagörüşünə görə, Vaşinqton Türkiyənin Üsamə Bin Ladeni ilə əməkdaşlıq edir. Xarici siyasətdəki prioritetimiz Türkiyəni tanımaq olmalıdır. Dünyanı Türkiyənin perspektivindən görməliyik. Əgər 11 sentyabr hücumlarından sonra Üsamə Bin Ladenin Türkiyədə vergi ödəyiciləri tərəfindən maliyyələnşən 160 məktəbi işlədərkən gözəl bir villada yaşadığını bilsəydik, nə edərdik? Gülənə sığınacaq verməməliyik. Bu böhranda həqiqi dostlarımızın kimlər olduğunu xatırlamaq bizim üçün məcburidir".

Məcid Həsənli

 





Həftənin ən çox oxunanları