Yuxarı

Öcalandan sonra PKK-da bir ilk

Öcalandan sonra PKK-da bir ilk

Türkiyə Silahlı Qüvvələri (TSK) PKK-nın Öcalanın yaxalanmasından sonra ilk dəfə daxili qarşıdurmaya getdiyini açıqlayıb. 

Cebhe.info türk mətbuatına istinaədn xəbər verir ki, Türk Silahlı Qüvvələrindən verilən məlumatda Hakkarinin Çukurca və Yüksekova rayonları ərazisində PKK terror təşkilatına qarşı qətiyyətlə icra edilən əməliyyatlarda 24 avqust 2016-cı ildən bu günədək 510 terrorçunun zərərsizləşdirildiyinə diqqət çəkilib. TSK terrorçulara təslim olmaları halında dövlətin onların yaşamaq üçün təminat verəcəyini deyib. Son üç ayda keçirilən əməliyyatlarda terror təşkilatının keçilməz olaraq əfsanələşdirdiyi sahələrin terrorçulardan təmizləndiyi vurğulanaraq, təhlükəsizlik güclərinin basqın əməliyyatları ilə bu bölgədəki terrorçuların ciddi şəkildə psixoloji və fiziki təzyiq altında olduğu ifadə edilib.

"Təhlükəsizlik qüvvələrinin xüsusilə Hakkarinin Çukurca və Yüksekova kəndində həyata keçirdiyi əməliyyatların davamlılığı buradakı terrorçu ünsürləri nəfəs ala bilməz hala gətirib. Qeydə alınan çıxışlarda terrorçuların əhval, intizam, qrup bütövlüyü və motivasiyasının ciddi şəkildə pozulduğu müşahidə olunur. Hakkari 3-cü Diviziya Komandanlığına bağlı birləşmələr simsiz telefonlarla PKK-lı iki terrorçu qrupun bir-biriləri ilə qarşıdurmaya girdiklərini müəyyən edib. Bu hadisə separatçı terror təşkilatı liderinin yaxalanmasından sonra açıq şəkildə ortaya çıxan təşkilatdaxili münaqişələrdən biridir. İllər öncə bənzər hadisə Kandildə də baş vermiş və sonra böyük bir tənəzzül meydana gəlmişdi. Dünən Yüksekovanın cənubunda İraqın şimalındakı Şetünüs bölgəsi yaxınlığında bir-birilə toqquşan terrorçularla bağlı xəbərlər gəlir. Terrorçular arasındakı bu toqquşmalarda ölü və yaralı olduğu bilgisi də alınıb. Mənbələrdən alınan məlumata görə, terrorçular arasında müəyyən bir müddət öncə başlayan mübahisələr bu gün silahlı qarşıdurmaya çevrilib. Bunun təşkilatın Hakkari Çukurca-Dağlıca arasında verdiyi 400-ə (Hakkari daxilində 510) yaxın itkidən qaynaqlandığı, münaqişədəki tərəflərin təşkilatdakı köhnələr və yenilər olduğu öyrənilib”,- deyə məlumatda vurğulanır.

Məcid





Həftənin ən çox oxunanları