Yuxarı

Çinin sirr saxladığı hərbi təlim

Çinin sirr saxladığı  hərbi təlim

 

Çin Sarı dənizdə təxminən iki ay əvvəl həyata keçirdiyi hərbi təlim haqqında detalları ictimaiyyətilə bölüşüb.

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, Çin Kommunist Partiyasının rəsmi mətbu orqanlarından "Global Times" qəzetinin xəbərinə görə, Pekin rəhbərliyi Cənub, Şərq və Şimal donanmaları ilə Sarı dənizdə sentyabr ayında hərbi təlim keçirib.

Çinli rəsmilərin Cənubi Koreyanı THAAD raket sistemi mövzusunda qəzəbləndirməməsi üçün təlim haqqında məlumat gec açıqlanıb. Həqiqi sursatla keçirilən təlimdə yüzdən çox gəmi və onlarla təyyarənin iştirak etdiyi qeyd edilib. ABŞ-ın aprel ayında yayımladığı Çinin hərbi və təhlükəsizlik məsələlərinə dair prosesləri barədə illik hesabatına görə, ölkənin Şərq donanmasında 18 gəmi və 80-dən çox müxtəlif xüsusiyyətlərdə döyüş gəmisi var. Pekin rəhbərliyinin Cənub donanmasında 6-ı nüvə yanacağı olmaqla, 26 sualtı gəmi və 90-dan çox müxtəlif xüsusiyyətlərdə gəmi, Şimal donanmasında isə bir təyyarə gəmisi, 3-ü nüvə yanacağı olmaqla 20-dən çox fərqli vəzifə qabiliyyətinə malik gəmi və 70-dən çox müxtəlif xüsusiyyətlərə malik hərbi gəmisi olduğu iddia edilir. Digər tərəfdən Koreya Müdafiə Nazirliyi THAAD raket sisteminə yer təsis etmək üzrə dövlətə məxsus bir ərazi, ölkənin ən böyük firmalarından "Lotte Skyhill Country Club"a aid təxminən 86 milyon dollar dəyərindəki qolf meydançası ilə mübadilə etmək üçün razılaşmışdı.

Cənubi Koreyanın THAAD raket sistemini öz torpaqlarına yerləşdirmə qərarı, daha əvvəl Çin və Seul rəhbərliyi arasında davam edən Yüksək Səviyyəli Müdafiə Danışıqlarını dayanma nöqtəsinə gətirib, iki ölkə müdafiə nazirləri arasında keçirilməsi planlaşdırılan müzakirələr təxirə salınmışdı.

Məcid





Həftənin ən çox oxunanları