Yuxarı

Ankaradakı Amerika səfirliyinə silahlı hücum

Ankaradakı Amerika  səfirliyinə silahlı hücum

 

ABŞ-ın Ankaradakı səfirliyinin qarşısında atışma olub. Cebhe.info xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departmenti yayıb. Məlumata görə, atışma səfirliyin çıxışı yaxınlığında baş verib.

“Hadisə nəticəsində heç kəs zərər çəkməyib. Tapança ilə silahlanan şəxs Ankaradakı səfirliyin yaxınlığında atəş açmağa başlayıb”,- deyə açıqlamada bildirilir. Məlumata görə, Türkiyə hüquq-mühafizə orqanları atəş açan şəxsi saxlayıb. Hadisə ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, “Daily Sabah” silahlı şəxsin səfirlik binasına girməyə cəhd etdiyini yazıb.

Xəzər





Həftənin ən çox oxunanları