Yuxarı

“İŞİD-i biz idarə edirik”: Əsədin kəşfiyyatından şok etiraf

“İŞİD-i biz idarə edirik”: Əsədin kəşfiyyatından şok etiraf

Suriyada Bəşər Əsədin BƏƏS Partiyasının Məclis katibi Xalid Abbud kəşfiyyatının İŞİD terror təşkilatının içinə “sızdığını” və təşkilatı idarə etdiyini deyib.\\Cebhe.info xəbər verir ki, Abbud üstüörtülü şəkildə Türkiyəni təhdid edərək, təşkilatın Türkiyədəki aksiyalarının ancaq rejimlə əməkdaşlıq edib dayandıra biləcəyini bildirib.\\O, televiziya kanallarından birində yayımlanan verilişdə, Əsəd rejiminin İŞİD-lə münasibətlərindən danışıb: "Sənə bir sual vermək istəyirəm, İŞİD haradadır, Nusra haradadır? Və digər cihad qrupları hardadır? Təbii ki, Dəməşq ətrafında yerləşirlər. Yaxşı, bəs niyə Dəməşqdə partlayış olmur? Niyə Türkiyənin bəzi yerlərində partlayışlar olur? Mən bu mövzunu bundan əvvəl də sizlərlə paylaşmışam.\\Suriyanın təhlükəsizlik təşkilatları, kəşfiyyatı bu cür şəbəkələrin içinə sıza bilib. Türkiyədə yaşananları kimsə dayandıra bilməz. Yalnız bir yolu var. Suriyanın təhlükəsizlik təşkilatları ilə əməkdaşlıq edilsə, qarşısı alına bilər. İordaniyada təhlükəsizlik güclərinə təşkil edilən hücumlara baxın. Suriya dövləti İordaniya və Türkiyə coğrafiyasında yaşanan hadisələrlə əlaqədar geniş məlumatlara sahibdir". \\Məcid\\





Həftənin ən çox oxunanları