Yuxarı

Tramp divarla bağlı qərarından vaz keçdi, əvəzində...

Tramp divarla bağlı qərarından vaz keçdi, əvəzində...

Amerikanın yeni seçilən prezidenti Donald Tramp qanunsuz miqrasiyanın qarşısını almaq üçün Meksika ilə sərhəddə bu ölkənin hesabına divar çəkilməsi qərarından vaz keçib.\\Cebhe.info CNN-ə istinadən bildirir ki, yeni prezident divarın Amerika büdcəsi hesabına çəkilməsi üçün Konqresə müraciət edəcək.\\Bununla da Donald Tramp Corc Buş tərəfindən 2006-cı ildə imzalanmış 700 millik qoruyucu divarın tikilməsi barədə sərəncamdan yararlanmaq niyyətindədir. Həmin dövrdən etibarən layihə icra edilmədən qalıb.\\Trampın qanunsuz miqrasiya ilə sərt qaydalarla mübarizə aparacağına dair açıqlamalarından sonra Meksiya XİN bu ölkəyə mühacirət edən vətəndaşlarına problemlə üzləşəcəkləri təqdirdə yardım ediləcəyini bildirib. Xatırladaq ki, D.Tramp vəzifəsinin icrasına 20 yanvarda başlayacaq.\\Xəzər





Həftənin ən çox oxunanları