“Odla oynayırsınız”ABŞ və İran arasında gərginlik ən yüksək həddə çatıb. Cebhe.info xarici mətbuata istinadən bildirir ki, ABŞ prezidenti Donald Tramp İranla bağlı sərt ifadələr işlədib. O, İrana müraciətlə “Odla oynayırsınız” deyib. Rəsmi Twitter hesabında paylaşdığı mesajda prezident “İran odla oynayır” deyə yazıb. Prezident eyni zamanda İrana qarşı münasibətdə Barak Obama qədər kübar davranmayacağını bildirib.Qeyd edək ki, bundan əvvəlki mesajlarında Tramp “Bir az daha sərt olmağın zamanı gəlib” deyə bildirmişdi. Trampın Tweet hesabında İrana ünvanlanan mesajına bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif cavab verib. Nazir “Amerikanın təhdidlərinə boyun əyməyəcəyik” cavabını verməklə qarşıdurmanı daha da dərinləşdirib.”Sərt olmağın zamanı çatıb”Amerika prezidenti Donald Tramp Avstraliya baş naziri Malkolm Ternbull ilə gərgin keçən telefon söhbətindən sonra ilk dəfə bu barədə fikirlərini bölüşüb. Cebhe.info xəbər verir ki, özünü müdafiə edən prezident “Bir az daha sərt olmağın zamanı çatıb” deyə bildirib. Barak Obamanın hakimiyyəti zamanı Avstraliyaya gələn suriyalı qaçqınların ABŞ-a yerləşdirilməsi ilə bağlı anlaşmaya sərt təpki verən D.Tramp mövqeyində qaldığını bir daha bəyan edib: “Sərt telefon söhbətlərini eşidəndə narahat olmayın. Bir az sərt olmağımızın zamanı çatıb.Dünyada hər millət bizdən faydalandı. Artıq belə olmayacaq. Şərtlər bizim də sərt olmağımızı diktə edir”.Qeyd edək ki, Tramp Avstraliya baş naziri ilə 90 dəqiqə davam etməsi planlaşdırılan telefon danışığını 25 dəqiqədə yarımçıq kəsərək telefonu baş nazirin üzünə qapatmışdı. Söhbətdən əvvəl isə sosial şəbəkədəki hesabında iki ölkə arasında imzalanmış anlaşmanın detallarını nəzərdən keçirəcəyini bildirmişdi: “Avstraliyanı sevirəm, ölkə olaraq böyük hörmətim var. Ancaq bir problemimiz də var. Prezident Obama həbsxanalardakı minlərcə qaçqını ölkəmizə yerləşdirəcəyinə söz verib. Mən sadəcə bunun səbəblərini soruşdum”. Qeyd edək ki, anlaşmaya əsaəsn Avstraliyadan Amerikaya köçürüləcək suriyalı qaçqınların sayı 1250 nəfərdir.Yüzlərlə adam küçədə namaz qıldıABŞ prezidenti Donald Trampın 7 müsəlman ölkəsinin vətəndaşlarına ölkəyə giriş qadası qoymasına etirazlar səngimir. Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, bu dəfə Bruklində çox sayda müsəlman bir araya gələrək bələdiyyə binası qarşısında namaz qılıb. Yəməndən olan ictimai fəal, doktor Debbie Almontaserin rəhbərliyi ilə təşkil edilən etiraz aksiyasında bələdiyyə başçısı, demokrat Erik Adams da iştirak edib. O, aksiyaçılara müraciətlə "Mən bu gün bələdiyyə başçısı deyiləm. Mən bu gün iranliyam, yəmənliyəm, iraqlıyam, sudanlıyam, livanlıyam, somaliliyəm, suriyalıyam. Biz həm də amerikalıyıq. Bu gün iş yerlərinizi bağlayaraq bu aksiyanı keçirməyiniz açıq bir mesaj verir" deyib. Aksiyada Nyu-York məclis başqanı Melisa Mark-Vivertino, bələdiyyə vəkili Letitia Ceyms, Münhetten bələdiyyə başçısı Gale Brever də iştirak edib.Xəzər
- Ana səhifə
- Dünya
- Müharibə zəngi çalındı
Müharibə zəngi çalındı
Bu bölmədən digər xəbərlər
- Tanınmış astroloq: "2021-ci ildə müharibə və devalvasiya olacağı…” Tarix 24 Dekabr, 04:21
- Dünya düzəni dəyişir: Yeni xəritələr yaranacaq? Tarix 26 Noyabr, 08:05
- Qlobal güclərin 2023 planı: Dünyanın siyasi xəritəsi dəyişəcək? Tarix 3 Sentyabr, 14:52
- Tarixi dönüş: "Rus NATO-su"na təhlükə: Qurumun taleyi Minskdə həll olunur Tarix 22 Avqust, 18:36
- Tehran üçün sürpriz: İran "qara zolaq”dan çıxır? Tarix 22 Avqust, 18:35
- CHP "incə-incə" parçalanır? Tarix 11 Avqust, 21:48
- Virusdan asılı seçki: Trampı ancaq peyvənd xilas edə bilər Tarix 6 Avqust, 15:44
- Terror siyasəti: İran "əkdiyini biçir” Tarix 28 İyul, 00:13
- Böyük ticarət savaşı: Virus kimi qalib edəcək? Tarix 18 İyul, 21:51
- Neft Fondunun aktivləri azalır: Büdcə necə formalaşacaq? Tarix 12 İyul, 23:12
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi