Yuxarı

“Putin ittifaqı” dağılır

“Putin ittifaqı” dağılır

Rusiya Ermənistan və Belarus arasında seçim etməlidirCümşüd Nuriyev: “Rusiya Ermənistanı “xərcləmək” məcburiyyətindədir”Belarus və Ermənistan arasında yaşanan qarşıdurma  Avrasiya İttifaqında parçalanma yaradıb. Qurumun parçalanması təbii ki, Rusiyanın maraqlarına cavab vermir. Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqavisləsi Təşkilatına (KTMT) erməni nümayəndənin rəhbərlik etməsinin qarşısını da məhz Belarus almışdı. Bundan başqa hələ aprel döyüşləri zamanı Ermənistan KTMT-nin hərbi birləşməsindən Azərbaycana qarşı istifadə etmək istədi, amma Belarus və Qazaxıstan buna etiraz etmişdi.Son olaraq Belarusun Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər edən Ukrayna, Rusiya və İsrail vətəndaşı olan Lapşini Bakıya ekstradisiya etməsi Ermənistanla münasibətləri son həddə çatdırdı. Qeyd edək ki, artıq Ermənistanda siyasi çağırışlar edilərək Belarusdakı səfirin geri çağırılması tələb olunur. Bəs Moskva Rusiyanın maraqlarına zidd addımlar amış Belarusa qarşı hansısa “cəza” tədbirləri görə bilərmi?“Belarusu cəzalandırmaq mümkün deyil”“Cümhuriyət” qəzetinə şərhində politoloq Cümşüd Nuriyev deyib ki, Rusiyanın imkanları olsaydı, Belarusu çoxdan cəzalandırardı. Amma cəzalandırmaq mümkün deyil. Çünki, Belarusda  ayrı-seçkilik sala biləcək etnik qrup yoxdur: “Ukraynadan fərqli olaraq Belarusda rusların sıx şəkildə yaşadığı bölgə yoxdur. Digər tərəfdən Lukaşenko prezident postuna  Putindən fərqli olaraq orta məktəb müəllimliyindən  gəlib. Xalqın içindən çıxdığına görə vəziyyəti daha yaxşı başa düşür. Ona görə də xalq Lukaşenkonu dəstəkləyir. Putin isə təhlükəsizlik orqanlarından gəlib. Bundan başqa Rusiya Belarusu öz içində əritmək istəyir. Bunu da Belarus qəbul etmir. Ona görə də bu qarşıdurma yüksək müstəvidə davam edir. Belarus çətin vəziyyətdə olan Rusiya ona kömək etmədi. Yeganə olaraq onlara əl tutan Azərbaycan oldu”.Politoloq vurğulayıb ki, KTMT Avrasiya İttifaqının formalaşmasını təmin edən hərbi qurumdur. Bu qurum isə bütövlüklə Rusiyanın nəzarətindədir: “Qazaxıstan və Belarusun burada əsas aparıcı dövlətlər olmasına baxmayaraq hərbi cəhətdən Rusiya ilə yarışa bilmirlər. Həm də bu iqtisadi baxımdan da sərf etmir ki, müdafiə üçün ciddi xərc çəksinlər. Avrasiya İttifaqının formalaşması üçün Rusiyanın irəli şərtlərdə heç də digərləri tərəfindən xoşluqla qəbul olunmur. Çünki, onlar bilirlər ki, Putinin ideyaları gerçəkləşsə SSRİ-nin digər forması olan Rusiya imperiyasını formalaşdıracaq. Burada söhbət vahid ərazi, iqtisadi vəziyyət, gömrük İttifaqından getmir. Bütün bunların fonunda Avrasiya İttifaqına üzv dövlətlər öz müstəqilliyinin bir hissəsini Rusiyaya vermək məcburiyyətində qalacaq. Bunu da o dövlətlər istəmirlər. Rusiya isə işğalçı Ermənistanı aparıb o quruma saldı, ancaq Rusiyanın gözləmədiyi hadisələr cərəyan etməyə başladı. Həm Qazaxıstan, həm də Belarus Azərbaycana olan münasibətini ortaya qoydu və bu günə qədər də Ermənistana o təşkilatlarda heç bir şans verilmir. Putin çox çətin vəziyyətdə qalıb. Əgər Ermənistanı seçsə, Qazaxıstan və Belarusdan imtina etməlidir. Rusiya Qazaxıstan və Belarusda daxili sabitliyi pozmağa çalışır. Bunun üçün də Rusiyanın sözçüsü Jirinovski yenə öz ampluasında çıxışlar edir. Rusiya indi ayılıb ki, Qazaxıstanda  qazaxların sayı 70 faizdən çoxdur. Rusiya bundan narahat olub ki, Nazarbayev bunları necə aldadıb. Nazarbayev ağıllı siyasət yürüdərək öz dövlətini, millətini qorudu. Bunun hesabına da Qazaxıstan indi öz sözünü deyən bir dövlətdir.“Lapşin Rusiyanın iç üzünü açdı”Rusiyanın indi Ermənistanı “xərcləmək” məcburiyyətində olduğunu deyən politoloqun sözlərinə görə, Moskva  indiki vəziyyətdə Belarusa qarşı heç bir addım ata bilməz: “Ermənilər Rusiyanın bir çox informasiya riçaqlarını ələ keçiriblər. Rusiyanın bütün informasiya proqramlarında hansısa bir ermənini tapıb danışdırırlar. Dünyada belə bir fikir formalaşır ki, Rusiyada ermənilərin sayı çoxdur. Bu mənada Rusiyanın Ermənistanla bağlı da problemləri var. Amma Lapşin təkcə Azərbaycanın iradəsini ortaya qoymadı, həm də Rusiyanın iç üzünü açdı.  Rusiyadan nicat gözləyənlər anlasınlar ki, heç vaxt onlar bizi sevməyəcəklər. Bu birmənalıdır. Rusiyanın öz imperiya maraqları var. Biz ağıllı şəkildə özümüzə lazım olan məsələlərdə onlardan istifadə etməliyik”.Vilayət Muxtar





Həftənin ən çox oxunanları