Yuxarı

İstanbulda İŞİD-in gizli məktəbi tapıldı

İstanbulda İŞİD-in gizli məktəbi tapıldı

Türkiyənin İstanbul şəhərində terror təşkilaıt İŞİD-in gizli məktəbləri aşkar olunub.

Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Ribat" adı altında fəaliyyət göstərən məktəblərdə uşaqlara Türkiyə dövlətini, məhkəmələri, əsgərliyi, siyasi partiyaları, Atatürk prinsiplərini rədd edən dərslər verilib. İstanbul Prokurorluğunun ittiham aktına görə, İŞİD-in Sultanbəylidəki məktəblərində təşkilat üşün əməkdaş yetişdirilib.Prokurorluğun Terror və Mütəşəkkil Cinayətlər Bürosunun prokuroru Mehmet Şenay Baygının 35 adam haqqındakı ittiham aktında dəhşətli faktlara yer verilib. Terror təşkilatının münaqişə bölgələrində ölən, həbsxanada olan, ya da o bölgədəki fəaliyyətlərinə davam edən İŞİD mənsublarının uşaqlarına xüsusi təhsil müəssisələri qurduğu ortaya çıxıb.İttiham aktında təhsil müəssisəsinə Fatma Kiçik adlı qadının rəhbərlik etdiyi, ancaq onu həbs etməyin mümkün olmadığı vurğulanıb.

Məcid





Həftənin ən çox oxunanları