Yuxarı

ABŞ Rusiyanı Qafqazdan sıxışdırır

ABŞ Rusiyanı  Qafqazdan  sıxışdırır

 Natiq Miri: “Bölgədə gedən proseslər Azərbaycana da təsir göstərəcək”ABŞ Gürcüstanda hərbi hazırlıq mərkəzi tikəcək. Bu barədə Gürcüstanın müdafiə naziri Levon İzoriya ilə ABŞ-ın briqada komandiri Antonio Aqustonun Almaniyadakı görüşündə razılıq əldə edilib. Mərkəz ABŞ-ın Almaniyadakı bazasına oxşar şəkildə inşa ediləcək. Gürcüstanın müdafiə naziri bunun çox iddialı bir plan olduğunu və bu il ərzində həyata keçirmək niyyətində olduqlarını vurğulayıb. Yaxın vaxtda A.Aqustonun tikintinin detallarını müzakirə etmək üçün Gürcüstana səfəri gözlənilir. ABŞ-ın Cənubi Qafqazda hərbi baza tikməsi isə Rusiyanın narahatçılığına səbəb olacaq. Bəs Rusiya bundan istifadə edib Qafqazda yeni hərbi əməliyyatlar həyata keçirə bilərmi?“Cümhuriyət” qəzetinə açıqlamasında siyasi-şərhçi Natiq Miri deyib ki, Rusiya Cənubi Qafqazda sahib olduğu gücü itirməyi gözə ala bilməz. Onun sözlərinə görə, Qafqazda proseslərin gedişatı ABŞ-Rusiya münasibətlərindən asılı olacaq: “Amerika Biləşmiş Ştatlarının bu cür addımları təkcə Cənubi Qafqazda müşahidə olunmur. Artıq Balkanlarda ABŞ-ın möhkəmlənməsi və NATO-ya dəvət olunan Monteneqronun da mühafizə olunması prosesi də paralel olaraq gedir. Bütün bunlar təbii ki, Rusiyanı qıcıqlandıran amillərdir. Çünki, Rusiyanın Balkanlarda təsir imkanları çox zəifdir. Rusiya yalnız serblərin yaşadığı ərazilərdə müəyyən təxribatlarla varlığını nümayiş etdirmək istəyir. Eyni proses bu gün Gürcüstanda gedir. Hiss olunur ki, ABŞ və Avropa Birliyi Cənubi Qafqazı özlərinin strateji maraqları çərçivəsinə salıb. Avropa Birliyi ilə Gürcüstan arasında viza rejiminin tamamilə ləğv olunması göstərdi ki, Gürcüstanın Avropaya inteqrasiyasında maraqlıdırlar. Rusiya yaxşı başa düşür ki, bu təkcə Gürcüstanla yekunlaşacaq proses deyil. Gürcüstandan sonra Cənubi Qafqazın ən güclü və strateji ölkəsi olan Azərbaycanda var ki, Asiya üçün yeganə həlledici körpü sayılır. Ona görə də Rusiyanın Gürcüstandakı mövqelərini asanlıqla ABŞ-a verəcəyini gözləmək əbəsdir. Sadəcə olaraq Rusiya hələlik Trampın Rusiyayla bağlı aparacağı siyasəti gözləyir. Yaxın aylarda Rusiya və ABŞ prezidentlərinin görüşü planlaşdırılır. Görüşün Vyanada keçirilməsi ilə bağlı  Rusiya prezidenti Putinin konkret təklifi də var. Hələlik ABŞ prezidentinin  bu yöndə qəti qərarı və fikri olmasa da, Rusiya tərəfindən ilkin addım atılıb. Məhz bu görüşdən sonra Rusiya konkret addımlar atmağa başlayacaq. Buna qədər sadəcə ABŞ-la münasibətləri daha da gərginləşdirməmək və Tramp adminstrasiyasıyla münasibətləri korlamamaq üçün Rusiya hər hansı lokal hərbi əməliyyatlara, təxribatlara başlamayacaq. Bu Cənubi Qafqazda, Ukraynada və Suriyada da məhz bu cür olacaq”.N.Miri həmçinin vurğulayıb ki, ABŞ və Rusiya əməkdaşlıq formatı bəlli olduqdan sonra Moskva konkret addımlar atmağa başlayacaq: “Çünki, Rusiyanı narahat edən digər məqamlar da var. Obama dönəmində ABŞ Şərqi Avropa ölkələrində öz hərbi gücünü artırmağa başladı. Tramp dönəmində də bu proses intensivləşməyə başlayıb. Artıq 100-ə yaxın ABŞ helikopterləri Rumıniya, Polşa və Pribaltika ölkələrində yerləşdirilmək üçün Avropaya göndərilib. Rusiya artıq bundan ciddi şəkildə narahat olmağa başlayıb. Əgər bu proses davam edərsə və ABŞ Cənubi Qafqazı öz prioritet xarici siyasətinə salarsa və Rusiyaya qarşı tətbiq olunan sanksiyalar ləğv olunarsa, Rusiyanın Gürcüstanda hərbi təxribatlarının və separatçılıq dalğalarının şahidi ola bilərik”.“Rusiya Azırbaycana qarşı hərəkətə keçib”Cənubi Qafqazda gedən proseslərin Azərbaycana hansı yöndə təsir edəcəyinə də toxunan politoloq hesab edir ki, Rusiya artıq Azərbaycana qarşı addımlar atmağa başlayıb: “Bu prosesin Azərbaycana təsirinin işartıları görünür. Rusiya hal-hazırda bu günə qədər Dağlıq Qarabağla bağlı  apardığı siyasətin əksini yürüdür. Son zamanlar Rusiya xarici işlər naziri Lavrovun bəyanatı və digər davranışlar göstərir ki, Rusiya Azərbaycana qarşı hərəkətə keçib.Rusiya həm Dağlıq Qarabağ, həm də digər probleminin həlli öz nəzarətindən kənarda görmür. Gürcüstanın Avropa Birliyinə keçməsi və Azərbaycanla bağlı məsələdə müzakirə aparması da təbii ki, Rusiyanı narahat edir. Ola bilsin ki, Rusiya gələcəkdə bu narahatçılığını aradan qaldırmaq üçün konkret addımlar atsın”.Vilayət Muxtar





Həftənin ən çox oxunanları