Yuxarı

Rusiya Trampın komandasını parçaladı

Rusiya Trampın  komandasını parçaladı

 Maykl Flinn Rusiya hakimiyyəti ilə əlbir olubmu?ABŞ-ın yeni administrasiyasından ilk istefa xəbəri gəlib. Prezident Donald Trampın Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Maykl Flinnin istefaya gedib. Onun səlahiyyətlərini  Vyetnam müharibəsinin veteranı kimi tanınan, istefada olan general Cozef Kit Kelloq icra edir. Xatırladaq ki, fevralın 9-da “Washington Post” qəzeti Flinnin Rusiya əleyhinə sanksiyaları 2016-cı ilin dekabr ayında Kislyakla müzakirə etdiyni yazıb. Buna baxmayaraq, Trampın siyasi komandasının bir sıra üzvləri həmin məlumatı təkzib etmişdilər. ABŞ-ın bir sıra hazırkı və sabiq rəsmi şəxslərinə istinad edən qəzet qeyd edir ki, Flinnin Rusiya səfiri ilə söhbəti bəzi Amerika rəsmiləri tərəfindən səhv hərəkət adlandırılıb.Mənbə qeyd edir ki, 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə edilən kiberhücumlara görə sabiq prezident Barak Obamanın administrasiyası tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların zəiflədilməsinin gözlənildiyi barədə Kremlə qeyri-qanuni siqnal ötürülüb.Lakin ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Komitəsi ABŞ prezidentinin Təhlükəsizlik Məsələləri üzrə müşaviri Maykl Flinn və Rusiya Federasiyasının səfiri Sergey Kislyak arasındakı söhbətin məzmununu aydınlaşdırmaq üçün araşdırma aparmaq niyyətindədir. Bu barədə Komitənin Demokratlar Partiyasından olan sədr müavini Adam Şiff açıqlama verib: “Bu danışıqları Kəşfiyyat üzrə Komitə araşdırmalar çərçivəsində aparır. Ona görə də biz ilk növbədə, bu söhbətin yazısının olub-olmadığını müəyyənləşdirməliyik”-Şiff “Bloomberq” agentliyinə belə deyib.  ABŞ prezidentinin baş müşaviri Kellin Koney Donald Trampın Maykl Flinnlə bağlı deyilənləri diqqət mərkəzində saxladığını deyib.   Kremldə isə bu məlumatı təsdiq etməyiblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu deyilənlərin inandırıcı olmadığını bildirb.Bundan başqa, M.Flinni Rusiya hakimiyyəti ilə əlaqədə olmaqda ittiham ediblər. Sübut kimi onun əvvəllər Rusiyaya səfər etməsi göstərilir. Adam Şiff CNN telekanalına onu da bildirib ki, M. Flinnin söhbətin məzmunu barədə yalan söylədiyi məlum olarsa, o halda müşavir istefaya getməlidir. Maykl Flinnin Rusiya hakimiyyəti ilə əlaqəsinin olması barədə hələ yanvar ayının 22-də “The Wall Street Journal” qəzeti yazıb. ABŞ-ın əks-kəşfiyyat orqanları M.Flinnin bir neçə dəfə səfir S.Kislyakla telefon danışığını aşkara çıxarıb. Həmin günlərdə Obama administrasiyasının kiberhücumlara cavab olaraq, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək barədə qanun layihəsi Senata çıxarılmışdı. Maykl Flinn ictimaiyyətə açıqlamasında telefon danışığı zamanı Donald Trampla Vladimir Putinin görüşünə hazırlıq məsələsini müzakirə etdiyini bildirib. Məsələ burasındadır ki, Amerika qanunvericiliyi həmin vaxt Trampın müşaviri səlahiyyətini daşımayan mülki şəxslərə xarici siyasətlə məşğul olmağı qadağan edir. Lakin görünür, Flinninlə Kislyakın danışığı yazılıb və onlar Barak Obamanın tətbiq etdiyi sanksiyalara Rusiyanın reaksiyasını müzakirə ediblər.ABŞ xüsusi xidmət orqanlarının bir neçə nəfər sabiq əməkdaşının “The Washington Post”a verdiyi məlumatda isə Flinnin və Kislyak arasında söhbət zamanı Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsinin qaldırıldığı qeyd edilir. Qəzetin əməkdaşının yazdığına görə, Flinnlə Kislyak arasındakı qarşılıqlı münasibətlər  2016-cı il noyabrın 8-də keçirlmiş seçkilərdən əvvəl qurulub. Bu məqalədən o da məlum olur ki, ABŞ Ədliyyə Nazirliyi Flinnin ikiüzlülüyü barədə Ağ Evi dəfələrlə xəbərdar edib. Nəticədə general öz postunu tərk etməli olub. Flinnin vəzifədən istefa verməsi haqqında məktubunda xarici dövlətlərin rəsmi şəxsləri ilə dəfələrlə telefon əlaqəsi saxladığını etiraf edib: “Yeri gəlmişkən, hadisələrin sürətlə gedişi ilə əlaqədar mən Rusiya səfirinə telefon zəngi və digər məsələlər barədə seçilmiş vitse-prezidentə səhvən əfraflı məlumat verə bilməmişəm. Mən prezidentdən və vitse-prezidentdən dərindən üzr istəyirəm və onlar mənim bu üzrxahlığımı qəbul ediblər”. Yeri gəlmişkən, vitse-prezident Mayk Pens televiziyaya müsahibələrində təkidlə bildirib ki, Maykl Flinn Rusiya səfiri ilə telefon danışmasına baxmayaraq, sanksiyalar məsələsini müzakirə etməyib. Beləliklə, o, bu yalanla dolayısı ilə bağlı olub.Maykl Flinnin Rusiya siyasi elitası ilə yaxın münasibətləri 2012-ci-ci ildə formalaşmağa başlayıb. Həmin il ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə rəhbərlik edən M.Flinn Moskvada özünün həmkarı İqir Serqu ilə görüşüb. “The Wshington Post”a müsahibəsində M.Flinn səfərinin nəticələri ilə bağlı danışarkən öyünərək belə deyib: “Bu, möhtəşəm səfər idi. Mən QRU-nun (Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahının Kəşfiyyat Xidməti) binasına buraxılan ilk ABŞ zabiti idim”. 2014-cü ildə istefaya gedib. Buna səbəb terrorizmə qarşı mübarizə məsələsində Maykl Flinnin ilə Barak Obama administrasiyası arasında fikir ayrılığının yaranması olmuşdu.2015-ci ildə Rusiyadakı ingilisdilli dövlət telekanalı olan RT-nin yaranmasının 10 illik ziyafət tədbirinə dəvət edilən M.Flinn burada prezident Vladimir Putinlə və bir sıra Kreml rəsmiləri ilə görüşüb.“The Washington Post”a müsahibəsində M.Flinn telekanalda ekspert kimi məsləhətləşmələr müqabilində pul mükafatı aldığını etiraf edib. O, Rusiyanı radikal islamçılığa qarşı mübarizədə ABŞ-ın müttəfiqi sayırdı. Həmçinin, Flinn Bəşər Əsədin hərbi çevriliş yolu ilə devrilməsinə qarşı çıxırdı. Buna baxmayaraq, o daim Rusiyaya qarşı kəskin sanksiyaların tətbiqinin tərəfdarı olan şəxs kimi çıxış edirdi. Maykl Flinn Moskvaya xatirələrindən danışarkən “Balacaboy və qəddar baxışlı Putinin cəzalandırılmasının vacibliyi”ni vurğulamışdı.O, həm də prezident Trampın Rusiyaya tətbiq edilən sanksiyaların aradan qaldırlmasına qarşı çıxan əsas məmurlardan biri sayılırdı. Ona görə də M.Flinnin bu gün istefaya getməsi bir sıra suallar doğurur. Sabiq müşavir həqiqətən ABŞ-ın dövlət sirrlərini bilərəkdən Rusiyaya verib, yoxsa bu bir səriştəsizlik olub? Maykl Flinnin istefasına prezident Trampla fikir ayrılığının mövcud olması səbəb ola bilərmi? Bu suallara yəqin ki, tezliklə aydınlıq gələcək. Onu da nəzərə almaq lazımdır ki, Maykl Flinn Tramp administrasiyasında təmsil olunsa da Demokratlar Partiyasının üzvüdür.Müşfiq Abdulla





Həftənin ən çox oxunanları