Yuxarı

Müstəqillik əleyhdarları fəallaşıb

Müstəqillik  əleyhdarları  fəallaşıb

  Kreml ideoloji savaşa başladı “Müstəqil olmayan heç bir xalq xoşbəxt ola bilməz” Sərdar Cəlaloğlu: “Nərimanovun aqibəti Rusiyapərəstlərə dərs olmalıdır” Son günlər Azərbaycanda Rusiya təbliğatçılarınn sayı artıb. Rusiyapərəsət ziyalılar açıq-aşkar Azərbaycanın Moskvanın yaratdığı Avrasiya İttifaqına üzv olmasını təbliğ edirlər. Özlərini “müstəqil ziyalı” kimi təqdim edən bu şəxslər Azərbaycanın müstəqilliyini belə gərəksiz hesab edir, vahid ümumi dövlətin yaradılmasını zəruri hesab edirlər. “Ruslar müstəqilliyi tanımadılar, Nərimanovu da öldürdülər” Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Cümhuriyət” qəzetinə açıqlamasında bunun yolverilməz olduğunu vurğulayıb. S.Cəlaloğlu hesab edir ki, Azərbaycanın Avrasiya İttifaqına qoşulması müstəqilliyimiz üçün təhdiddir: “Azərbaycan müstəqillik əldə edəndən sonra hələ o vaxtı Nəriman Nərimanov da deyirdi ki, Azərbaycanın xoşbəxtliyi Rusiya ilə əbədi  ittifaqdan keçir.  Lenin Nərimanovu aldatmışdı ki, SSRİ Azərbaycanın müstəqilliyini tanıyacaq. Ancaq bir müddətdən sonra müstəqilliyi tanımadılar, Nərimanovu da öldürdülər. Bu Azərbaycanın ruspərəstlərinə dərs olmalıdır. O, zaman Lenin Nərimanovu aldatmışdı, indi də Putin deyir ki, Azərbaycanın dostuyam. Nəticədə o, zaman 70 il Azərbaycan müstəqilliyini itirdi, əsarətdə yaşadı. Necə deyərlər, uzunqulaq palçığa bir dəfə batar. İndi bu “ziyalılar” hansı düşüncə ilə eyni prosesi təkrar etmək istəyirlər. Tarix göstərir ki, Azərbaycanın az-çox nailliyyət əldə etdiyi dönəm müstəqillik dövrüdür. Çar Rusiyasında Bakı ən böyük sənaye mərkəzlərindən birinə çevrilmişdi. Sonra Sovet hökuməti gəldi və nəticədə Azərbaycanın İran, Türkiyə ilə əlaqələri kəsildi. Bakı dönüb SSRİ-nin ən geridə qalmış şəhərlərindən biri oldu. Azərbaycan 25 ildir müstəqildir. Belə görünür ki, kimlərsə yenidən bundan narahatdır. Təzədən gətirib həmin “boyunduruğu” Azərbaycan xalqının boynuna salmaq istəyirlər. Azərbaycan xalqının xoşbəxt gələcəyi, rifahı yalnız və yalnız müstəqillikdən, suverenlikdən keçir. Müstəqil olmayan heç bir xalq xoşbəxt ola bilməz. Rusiyanın yaratdığı və ya yaratmaq istədiyi ittifaqlar imperiyanın bərpasına xidmət edir. Bunun başqa izahı yoxdur. Rusiya öz əlinin altında olan dövlətlərdən ibarət bir ittifaq yaratmaq istəyir ki, dünyada istədiyi hər şeyi etsinlər. Azərbaycan niyə bu oyunlara qoşulmalıdır? Ya gərək Türkiyənin rəhbərliyi ilə İslam Güc Mərkəzi yaradaq və bütün türk xalqları bu mərkəzdə birləşsin, ya da heç bir ittifaqa qoşulmamaq siyasəti aparmalıyıq”. “Onlar həqarətə layiq insanlardır” Sərdar Cəlaloğlu hesab edir ki, bu təbliğatla çıxış edənlər, müsbət fikir bildirənlər ən pis təhqirlərə layiq adamlardır. Partiya sədri hesab edir ki, bu kölə psixologiyasından irəli gələn məsələdir: “Biri Avropa, biri də Avrasiya İttifaqı yaradaraq xristian həmrəyliyi ilə dünyaya ağalıq etmək istəyir. Rusiyanın və Amerikanın bir-birinə münasibəti fərqli olsa da, İslama münasibətləri eynidir. Suriyaya bombanı ya Rusiya, ya da ABŞ atır. Bunun fərqi nədir ki? Suriyada ölən müsəlmanlardır, məhv olan islam  mədəniyyətidir. Bunu başa düşmək nə qədər çətindir ki, hansısa axmaq adamlar durub deyir ki, Avrasiya İttifaqını girək. Bu vəziyyətdə bizə nə mane olur ki, inkişaf edə bilmirik. Ona görə də gedib Avrasiya İttifaqına üzv olaq. Bu bizə nə verəcək? Biz Avropadan, Türkiyədən ayrı gedib bir ittifaqa girsək nə qazanacağıq? Bunu kimsə izah edirmi? Bunlar hamısı Rusiyanın Azərbaycandakı casusları, agentləridir. Onların Rusiyada biznesləri, əmlakları var. Hansı ki, onların Azərbaycanda deputat, məmur olmasına Rusiya birbaşa yardım edir. Onlar da bu yolla Rusiyanın haqqını ödəyirlər. Yoxsa bunlar öz müstəqilliklərini məhdudlaşdırmaq üçün niyə girməyə “deşik” axtarsınlar? Bu dərəcə də “kölə” psixologiyası olmaz. Öz müstəqilliyinin əvəzinə köləliyi seçən adam hər cür söyüşə, təhqirə layiqdir. Azərbaycanın müstəqilliyini məhdudlaşdıran istənilən ideyanı yayan, müdafiə edən insan ən pis təhqirlərə layiq olanlardı. Rusiyadan bizə heç vaxt xoşbəxtlik gəlməyəcək. Xocalı soyqırımını ermənilərlə birlikdə ruslar törədib. Xocalı soyqırımını necə unudub deyirlər ki, gedək Rusiya ilə birləşək? 31 Mart soyqırımını unudub 70 il Rusiyanın əsarətinə keçdik, 1992-də gəlib Xocalı faciəsini törətdilər. Bunlar nə zaman başa düşəcəklər ki, ətraflarında hansı oyunlar oynanılır?” Vilayət Muxtar





Həftənin ən çox oxunanları