Yuxarı

Paytaxt köçürülür, sərhədə ordu toplaşır, əcnəbi müxbirlər çıxarılır...

Paytaxt köçürülür, sərhədə ordu toplaşır, əcnəbi müxbirlər çıxarılır...

Son günlər gərginləşən beynəlxalq vəziyyət daha bir ölkənin müharibə hazırlığına başladığı barədə xəbərlərlə daha da gərginləşib. Şimali Koreyada müharibə hazırlığı elan edilib. Cebhe.info xarici mətbuata istinadən bildirir ki, bu ölkədə olan əcnəbi müxbirlərə "Böyük bir hadisəyə hazır olun" təlimatı verilib. Xəbər dünya çapında bu ölkənin müharibəyə hazırlaşması kimi dəyərləndirilib. Pxenyanda olan əcnəbi müxbirlərə "hazır olun" təlimatının hökumət tərəfindən verildiyi bildirilsə də konkret ad çəkilməyib. Müxbirlər ölkədə çox böyük hərəkətlilik olduğunu bildirib. Bununla yanaşı müxbirlərin sözlərinə görə, bölgədəki gərginliyin bu ölkənin nüvə proqramı ilə hansısa əlaqəsinə dair heç bir işarət yoxdur. Eyni zamanda əcnəbi müxbirlər paytaxtdakı 600 min nəfərin təxliyyə edilməsinə dair əmr verildiyinə dair xəbərlər yayıldığını bildirib. Çinin də Şimali Koreya sərhədinə hərbi qüvvə cəmləşdirdiyi deyilir. Channel News Asia xəbər agentliyinin müxbiri Pxenyandan yazdığı "tweet"də "6.20-yə qədər ölkəni tərk etməyimiz tələb edildi. Ancaq səbəb açıqlanmadı. Mobil telefonlar işləmir" deyə yazıb. Bundan sonra müxbir heç bir paylaşım etməyib. Sosial şəbəkələrdə də Şimali Koreyanın müharibə şəraitinə keçdiyinə dair çoxsaylı xəbərlər yayılıb. Başqa bir ehtimala görə bu barədə xəbərlər bilərəkdən yayılır və diqqət ölkədə 16 apreldə qeyd ediləcək "Günəş günü"nə hesablanıb. Həmin gün həm də ölkənin qurucusu olmuş Kim Il Sonqun 105-ci doğum günü qeyd ediləcək. Əcnəbi müxbirlər də məhz bu mərasimlərdə iştirak üçün ölkəyə buraxılıb və onların sayı 200-ə yaxındır. Xəzər





Həftənin ən çox oxunanları