Yuxarı

Yeni prezidentin türk köməkçisi

Yeni prezidentin türk köməkçisi

Fransada prezident seçkilərinin qalibi olan Emmanuel Makronun komandasının üzvlərindən biri də milliyətcə türkdür.

Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Jacob (Yakup) Çelik adlı şəxs 2016-cı ilin aprelindən Makronun komandasında işləyir. 

Çelikin dediyinə görə, o, Makronun partiyasından həm deputatlığa namizəddir, həm də Avropa üzrə prezidentin köməkçisidir.

29 yaşlı Jacob Çelik 1970-ci illərdə Türkiyənin Gümüşhane bölgəsindən Fransaya gedən bir ailənin övladıdır. Bacısı və özündən başqa, bütün ailə Türkiyəyə qayıtıb. Ruan Universitetinin İqtisadiyyat və Mühasibat fakültəsində ali təhsil alan Sosialist Partiyalı Çelik, 2010-cu ildə bələdiyyə sədrinin müavini və bələdiyyə məclis üzvü vəzifələrində olub. O, 2014-cü ildə partiyasında istefa vermişdi.

Məcid Həsənli





Həftənin ən çox oxunanları