Yuxarı

Erməni "mer” Şuşadakı boş evlərə sahib axtarır

Erməni

"Şuşanın "meri” Artsvik Sərkisyan deyib ki, ildən ilə şəhərin əhalisi artır. Onun sözlərinə görə, Şuşaya köçmək istəyənlərin sayı artır: "Elə evlər var ki, sahibləri yoxdur. Bu evləri Şuşaya köçmək istəyənlərə təqdim edə bilərik”.

Cebhe.info xəbər verir ki, politoloq Elxan Şahinoğlu "merin” sözlərini növbəti təxribat kimi dəyərləndirib:" Bu da separatçıların növbəti təxribatı. Əlbəttə, şişirtmə çoxdur, çünki elə bu günlərdə internetdə Şuşa şəhərinin görüntüləri yayılmışdı, küçələr boş idi, insan gözə dəymirdi. Ancaq bu, bizi rahatlatmamalıdır. Ermənistan hakimiyyəti Şuşanı özününküləşdirməyə və ora köçü təşviq etməyə çalışır. "Merin” "sahibsiz” dediyi evlər isə azərbaycanlılara məxsusdur, pulsuz ermənilərə paylamaq istəyirlər. Xocalı hava limanını işə salırlar, Şuşa və Kəlbəcəri məskunlaşdırırlar, ardı nə olacaq?”

Alçna Amilqızı





Həftənin ən çox oxunanları