Yuxarı

Serj Sarkisyana siyasi varis tapıldı

Serj Sarkisyana siyasi varis tapıldı

2018-ci ilin mart ayında Ermənistanda prezident seçkiləri keçiriləcək. Hazırkı dövlət başçısı Serj Sarkisyanın səlahiyyət müddəti başa çatdığından o, Ermənistan konstitusiyasına görə,  iki dəfədən artıq namizədliyini irəli sürə bilməz.  Ona görə də Ermənistanın siyasi dairələrində prezidentliyə növbəti namizədin kim olacağı barədə siyasi müzakirələr artıb.

Cebhe.info xəbər verir ki, Ermənistanın "Past” qəzetinin yazdığına görə, son dövrlər  prezident postuna ən real namizəd kimi Konstitusiya Məhkəməsinin sədri Qagik Arutyunyanın adı çəkilir. Siyasi kuluarlarda Qagik Arutyunyanın namizədliyinin irəli sürüləcəyi gözlənilir.

Qeyd edək ki, Q.Arutyunyan 1991-ci ildə Ermənistanın vitse-prezidenti vəzifəsini tutub. 1991-ci ilin noyabr ayından 1992-ci ilin iyul ayına qədər baş nazirin müavini təyin edilib. 1996-cı ildən Ermənistan Konstitusiya Məhkəməsinin hakimi seçilən Q.Arutyunyan eyni zamanda Konstitusiya islahatı Mərkəzinə rəhbərlik edir. 

Ermənistanın yeni konstitusiyasına görə, prezident  bundan sonra parlament tərəfindən 7 il müddətinə seçiləcək.  Ancaq ölkə parlamentli respublika sisteminə keçdiyindən prezident əvvəlki kimi geniş səlahiyyətlərə malik olmayacaq. Ali icra hakimiyyətinin rəhbəri  baş nazir hesab olunur. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları