Yuxarı

Görücülərdən qorxunc proqnoz

Görücülərdən qorxunc proqnoz

Nostradamus Üçüncü Dünya Müharibəsinin Avropadan başlayacağını deyirdi.Öncəgörücünün proqnozlarında dəhşətli müharibənin Rusiya tərəfindən başladılacağına da işarələr vardı. Nostradamus deyirdi: "Qara dəniz və Böyük Tatar ölkəsinin o biri tərəfindən Qalliyanı görmək üçün bir kral (Dəccal) gələcək. Alaniya və Qafqazı deşərək keçəcək. Qanlı çomağını Bizansa batıracaq. Şərqli kralın hökm etdiyi yerlərdə vaxtilə Atillanın Hun imperiyası olub”.

Maraqlıdır ki, Dnepr çayından Yapon dənizinədək ərazilər Avropada "Tatarların yaşadığı ölkə” (türklərin) kimi tanınır.Qara dəniz ətrafında Rusiya və digər ölkələr yerləşir.Qafqaz Qara dəniz regionunun Cənub-şərq hissəsindədir.Alaniya Qara dənizin Şimal-şərqində - Çeçenistanın qərbində muxtar respublikadır.Atillanın Hun imperiyasının sərhədləri Reyn çayından Uralın Qərbi və Baltik dənizinə qədər əraziləri əhatə edib.Kral Alaniya və Qafqaz yolu ilə keçib Şimaldan, yaxud Şimal-şərqdən gəlməlidir.Qara dənizin Şərqi və Xəzərin Qərbi ilə hərəkət edərək Bizans, ya da ki, Türkiyəyə girəcək.Türkiyədən Egey dənizini keçərək İtaliyaya, buradan da Apenin dağlarını aşaraq Fransaya yol alacaq.Nostradamusun coğrafi koordinatları Rusiyanın yerləşdiyi mövqe ilə uyğun gəlir.Ekstrasensin ehtimalına görə, Dəccal Rusiyada ortaya çıxacaq.

"Rusiya Avropanı ələ keçirəcək”

Üçüncü Dünya Müharibəsinin Rusiya tərəfindən başladılması fikirləri digər ekstrasenslərin iddialarında da yer alıb. İsveçli ekstrasens Anton Conson Rusiyanın Avropanı işğalı haqqında deyirdi:

"İran, Türkiyə və Balkan yarımadası rus ordusu tərəfindən işğal ediləcək. İtaliyada dəhşətli çevriliş olacaq."Qızıl fırtına” Macarıstan, Avstriya, Şimali İtaliya, İsveçrə və Fransaya yaxınlaşacaq.Amerikanın hərbi bazaları rusların əlinə keçəcək.Almaniya Şərqdən hücuma məruz qalacaq. Rusiya ABŞ-a qarşı böyük hücuma keçəcək. Buna görə, Amerikanın Avropaya dəstəyi kəsiləcək”.

Alman ekstrasens Alois İrlameyer: "Hamı sülh istəyəcək. Sonra Yaxın Şərqdə dəhşətli müharibə başlayacaq.Böyük dəniz donanmaları Aralıq dənizində üz-üzə gələcəklər.Vəziyyət gərginləşəcək.Lakin qorxulu alov Balkan yarımadasında yandırılacaq.Qanlı xəncər onun yanında yerə basdırılıb.Sonra dəhşətli müharibə”.

"İnkişaf yoxa çıxacaq”

İosif Keqelbir (Vorarlberq falçısı): "Gecə kommunistlərlə birlikdə nasistlər də üsyana başlayacaqlar. Din üzərində qasırğalar əsəcək. İnsanlar əvvəlcə, buna inanmaq istəməyəcəklər. Çoxu edam və həbs ediləcək. Pfaeder dağı insanlarla doludur.Rusiyanın inqilabı Almaniyanı süpürəcək. Sonra Fransa, İtaliya və İngiltərəni vuracaq. Müharibəni Rusiya başlayacaq.Hər yerdə qarışıqlıq və çevriliş var. Qitə vəba və aclıq içindədir.Çayır otları qida kimi yeyiləcək.Yer kürəsi cəsədlərlə doludur.İnsanlar evlərini qorxu içində tərk edəcəklər.Cəsədlər qatarlarla daşınacaq və kütləvi məzarlarda dəfn ediləcək.Nə gəmilər, nə də ki, qatarlar işləyəcəklər.Avtomobillər də sıradan çıxacaq.Zavod və fabriklər fəaliyyətlərini dayandıracaq.İnkişaf yoxa çıxacaq”.

"Dumanlı və buludlu gündə...”

Şipton Ana: "Bir xristian başqa bir xristianı öldürəcək. Millətlər dəhşətə gələcək və heç nə edə bilməyəcəklər. Sarı rəngli adam güc qazanacaq. Qüdrətli ayıya yanında yatan adam (Çin) kömək edəcək”. 

Daterni: "Müharibə Şimali Skandinaviya, Almaniya və Şimali İtaliya arasındakı geniş sahəni əhatə edəcək. Rus tankları Avstriya və Almaniyanı işğal edəcək”.
Brandt: "Rottenburqa daxil olan rus tanklarını gördüm. Dumanlı və buludlu gün idi”.

Rahibə Yelena Aiello: "Dəhşətli müharibə Şərqdən Qərbə gələcək. Rusiya gizlətdiyi silahları ilə Amerikaya hücum edəcək.Əvvəlcə, Avropaya girəcək.Reyn çayında cəsədlər qan içində üzəcəklər.Papa dəhşət içərisində qalacaq”.

Uerl keşişi: "Dəhşətli müharibə olacaq. Bir tərəfdə Günəşin çıxdığı yerin sakinləri, digər tərəfdə isə batdığı yerin sakinlər dayanacaq. Rusiya meydana əsgər və kazak cəngavərlərini çıxaracaq. Reyn çayı qızıla dönəcək”.

Lusiya: "Avropada başlayan hadisələr yalandır. Rusiya bütün millətlərin başının bəlası olacaq.Rusiya Qərbə hücum edəcək, Çin isə Asiyanı işğal edəcək.

"Suriyadan başlayacaq” 

Veronika Luken: "Rusiya Çinin gücündən istifadə edəcək. Bəşəriyyət günü-gündən öləcək.Ölkələrin çoxu müharibələrdə iştirak edəcək. O vaxt görülənlər bir də heç vaxt görülməyəcək. Bu ölkələri udan bir müharibə olacaq - bu, Üçüncü Dünya Müharibəsidir.Rusiyanın gizili şəkildə sahib olduğu silahlar onda heç bir ölkədə olmayacaq.Misir və Asiyanı gördüm.Çinlilərə oxşayırlar.Müharibəyə hazırlaşırlar.Çoxlu tankları var. Başqa ölkələr də var. Birləşirlər.Orduda qadınlar var. (Hindistanın Xalxi Purana vilayətində orduda qadınlar da xidmət edirlər).Suriya "üçüncü Dünya Müharibəsinin başlaması üçün açardır.Sülhün açarı da ondadır”.

"Çoxlu meyitlər görürəm”

Alois İrlameyer: "Rusiyanın Avropaya hücumu qorxulu nəticə verəcək. Rusiyada dəhşətli inqilab başlayacaq.Meyitlər o qədər çoxdur ki, torpaqda çürüyürlər.Partiya liderlərindən birinin öldürülməsi vəziyyəti daha da pisləşdirəcək.Günahlar qanla yuyulacaq.Sarı üzləri olan qızız rəngli bir cəmiyyət görürəm.Dəhşətli şəkildə öldürülürlər.Rusiyanın Avropaya hücumlarında ağır məğlubiyyətə uğraması daxildəki vətəndaş müharibəsini qızışdıracaq”.

1980-ci il, "Krasimira Stoyanova-Vanqa” kitabından: "O vaxta qədər bəşəriyyət qorxunc fəlakətlər yaşayacaq; çox böyük hadisələr baş verəcək. İnsanların şüuru dəyişəcək.Güclülər ortalıqda görünməyə başlayacaqlar və insanlar öz araslarında dini qruplara bölünəcəklər.Ən qədim təlimlər yenidən dünyaya qayıdacaq. "Hadisələr bu yaxında baş verəcək?”, sualına Vanqanın cavabı: - Yox, yaxın vaxtda olmayacaq. Suriya hələ işğal edilməyib.

"Əsəd əlini silaha atsa...”

CIA əməkdaşı Bryus Reydel: "Kimyəvi silahların çox olduğu bölgələrdə müharibə aparmaq dəhşətli nəticələrə səbəb olacaq. Həmin silahların aktivləşdirilməsi insanlıq tarixinin indiyədək görmədiyi qorxulu mənzərələrin şəklini çəkəcək.Bəşər Əsədin kimyəvi silah bazalarının yoxlanılması üçün Suriyaya girən beynəlxalq təşkilatlar tamamilə səhv addım atırlar.Əgər Əsəd sonunun yaxınlaşdığını bilsə, dünya görünməmiş fəlakət yaşayacaq.Çünki bundan sonra Bəşər Əsədin itirəcəyi heç nə qalmayacaq.Əsəd əlini silah cəbbəxanasına aparsa, kütləvi qırğınlar olacaq”.

Kəhanətlər gerçək olur?

Dini inanclara görə, Qiyamət əsrin sonlarında qopacaq.Yəhudilər tezliklə Məsihin gəlişi və Armageddon müharibəsinin başlayacağına inanırlar, həmçinin yəhudi inanclarına görə, Üçüncü Dünya Müharibəsindən sonra dünyada Vahid İsrail dövləti yaranacaq.Xristianlar İsanın səmadan enəcəyi günün yaxında olduğunu deyirlər.İslam aid bir sıra cərəyanlara görə isə Mehdinin gəlməsi ilə müqəddəs müharibə başlayacaq və Məsih Dəccalı öldürəcək.Siyasətçilərə görə, Yaxın Şərqin müsəlman ölkələrində başlayan dəhşətli müharibələrin Ukrayna üzərindən Avropaya sıçraması Üçüncü Dünya müharibəsinin başlamasını labüdləşdirir.Ekstrasenslər də eyni iddianı irəli sürürlər və iddiaya görə, Üçüncü Dünya Müharibəsi olacaq, dördüncüsü isə yoxdur.Dinlər Üçüncü Dünya Müharibəsini "Qiyamət günü” adlandırırlar.Səmavi dinlərə görə, Qiyamət günü bütün bəşəriyyətin sonudur.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları