Yuxarı

Suriya: İran yerin altında, Rusiya torpağın üstündə

Suriya: İran yerin altında, Rusiya torpağın üstündə

Suriyanın Həma şəhərinin qərbində Rusiya silahlı qüvvələrinə məxsus yeni hərbi baza tikilir. Bu məlumatı "Orient.Net” Suriya rejiminin daxilindəki mənbədən əldə edib. Hərbi bazanın inşasına Qazaxıstanın paytaxtı Astanada Suriya böhranının həllinə dair əldə edilmiş razılaşmadan sonra başlanılıb. Mənbənin sözlərinə görə, yeni hərbi bazanın vasitəsilə Rusiya Həma ətrafında, eləcə də İdlibdə və onun ətrafındakı Suriya rejiminin əlində olan ərazilərdə sərhəddə nəzarəti gücləndirmək məqsədilə silahlı qüvvələrini genişləndirmək istəyir. Hərbi baza tikmək üçün Rusiyanın sərəncamında 500 kvadratkilometr torpaq sahəsi var. 

Həmin ərazi Əsəd rejiminin nəzarətində olan qərb əyalətində və Həma şəhərindən şimal-qərbə doğru, İdlibin cənubunda silahlı müxalifətdən azad edilmiş kəndlərdir. Qərargahda 250 nəfər yerləşdiriləcək. Onların əksəriyyəti Masyaf şəhərindəki rejimə loyal olan adamlardır. Digərləri isə Həma şəhər dəmiryolu vağzalına nəzarət edəcək. Bu qərargaha rəhbərlik Suriyanln qərb sahilindəki Lazkiyə əyalətinin sərəncamında olan "Hmeyim” hərbi bazaqsı tərəfindən həyata keçiriləcək. 

Suriya üsyançılarının komandirlərindən olan Əbu Abdulla "Orient.Net”-ə açıqlamasında bildirib ki, Həma şəhərinin şimal tərəfində Rusiya qüvvələrinin müşahidəsi altında olan üçüncü bölgənin yaradılmasını gözləyirlər. Bu, Şərqi Quta və Homs şəhərinin şərqindəki təhlükəsizlik zonalarından sonra atəşə yasaq elan edilmiş üçün növbəti bölgə olacaq. Artıq may ayının sonlarından etibarən Suriya rejimi Həmanın qərbindəki mənzil-qərargahın inşası ilə sürətlə məşğul olur. Bu işin gedişinə İran istehsalı olan müasir texnikadan və ağır mühəndis fəaliyyətindən istifadə olunur. 

Suriyalı komandir qərargahın inşası ilə məşğul olan Əsəd rejiminin razılaşmanı pozaraq müxalifətdən geri alınmış İdlib rayonunda dinc əhalini atəşə tutmasından narahatlığını bildirib. Eyni vəziyyət Homsda, Əl-Haul şəhərində və digər əyalətlərdə də hökm sürür. İdlibin cənubunda yerləşən bir çox şəhər və kəndlərə çıxış baxımından qərargah strateji əhəmiyyət daşıyır. 

Yerli əhalinin fikri dəyişməyə başlayıb. Belə ki, bir tərəf Suriya rejiminin ərazidə daha az atəş açması və hərbi əməliyyatlara son qoyulması şərtilə qərargahın tikintisini dəstəkləyirsə, eyni zamanda, digərləri bunun əleyhinə çıxır və rejimin illərlə beynəlxalq razılaşmalara əməl etmədiyi kimi yeni münaqişə qurmasından ehtiyat edir. 

Həmanın qərbində yaşayan ictimai fəal Həsən əl-Əmirinin dediyinə görə, həmin qərargahın müdafiəsi hazırda elmi-tədqiqat mərkəzinin binasında yerləşən İran silahlı qüvvələri tərəfindən həyata keçirilir. Bu, böyüklüyünə görə İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının Suriyadakı ikinci böyük qərargahıdır. O, Masyaf yaxınlığında, Həmanın qərbindəki təpəliklərdə yerləşir və Əsəd rejiminin nəzarəti altındadır. Sözügedən qərargah yaraqlılara qarşı mübarizədə hakim rejimi hərbi avadanlıqla təhciz edən mərkəz rolunu oynayır. 

Əl-Əmiri həmçinin bildirib ki, İran silahlı qüvvələrinin yerləşdiyi elmi-tədqiqat mərkəzinin böyük hissəsi yerin altında yerləşir və tamamilə betonla örtülüb. Binanın dəmir-beton örtüyünün qalınlığı 70 sm-dir. Otaqları binadan ayıran beton divarın qalınlığı 50 sm təşkil edir. Örtük və arakəsmələr hətta dəmirdən və armatur betondan düzəldilib. Bu, binanı və Həmanın digər tərəfindəki tikililəri hücumdan qoruyur. 

İctimai fəalın açıqlamasına görə, İran əsgərləri elmi-tədqiqat mərkəzində işləyən bütün suriyalıları vəzifəsindən çıxarıblar. Onların maaşını Masyaf şəhərində verirlər. İşçilərə binada işləmək və ona yaxınlaşmaq qadağan edilib. 

Bu bina Həmanın cənubundakı şəhərlərin və kəndlərin əhalisini atəşə tutan ağır tankların və artilleriya qurğularının cəbhə boyu ən iri mərkəzi sayılır. Azad edilmiş şəhər və kəndlərin yaxınlığındakı strateji mövqeyi İran hərbçilərinə dinc əhalini sərbəst atəşə tutmaq imkanı verir. Eyni zamanda, orada yüzlərlə suriyalı əsgər və zabit yerləşdirilib. Onlar rejimin milis dəstələrinə qoşulmaq istəyən könüllülərin hazırlanması ilə məşğuldur. Bundan başqa, milli müdafiə qüvvələrindən və xalq komitələrindən də böyük olan belə könüllü dəstələrdən biri 200 dollardan artıq mükafat alır. Xalq komitələrinin tərkibində döyüşən yaraqlılara isə 50 dollar verilir. 

Elmi-Tədqiqat Mərkəzinin binası Həmada İran silahlı qüvvələrinin yeganə qərargahıdır. Onların ən böyüyü Həmanın cənubunda yerləşən "47-ci briqada”dır. Həmçinin İran və şiə məntəqələri Həmadan "Rastan” şəhər mühəndis alayına və Homsun şimalındakı təpəliklərə qədər səpələniblər. Həma yaxınlığındakı Mər Şuhurda yerləşən "87-ci briqada”nın böyük hissəsini İran hərbçiləri təşkil edir. Həmçinin, Həmada hərbi aerodrom yerləşir. Onların arasında ən vacib olanı bütün məntəqələrə nəzarət etmək imkanı olan elmi-tədqiqat mərkəzidir. 

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları