Yuxarı

Azərbaycanlı İŞİD-çilər təslim oldu

Azərbaycanlı İŞİD-çilər təslim oldu

İraqın Təlafər şəhərində keçirilən əməliyyatlarda küncə sıxışdırılan İŞİD terror təşkilatını silahlıları peşmərgəyə təslim olub.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, onların içində azərbaycanlılar və türkiyəlilər də var. Türkiyə vətəndaşı olan 34 yaşındakı Uğur Çardakçının anası Xalidə Çardakçı İraqda oğlu da daxil olmaqa 500-ə yaxıb türk ailəsinin peşmərgəyə təsim olduğunu deyib. 

"Sputnik Türkiyə”nin xəbərinə görə,"Haşdi Şabi” qüvvələri və İraq əsgərlərinin onları öldürəcəyi qorxusuyla Təlafərin şimalındakı İyaziyə qəsəbəsində peşmərgəyə təslim olan İŞİD döyüşçüləri arasında Azərbaycan, Yəmən, Tunis, İraq, Əfqanıstan və Misir vətəndaşları da var. Onların ümumi sayının 250 nəfər olduğu deyilir. "Haşdi Şabi”nin komandiri Tahir Əbu Əli bu xəbəri təsdiqləyib.

Qeyd edib ki, Təlafər əməliyyatında təslim olmaqdan başqa çıxış yolu qalmayan İŞİD döyüşçüləri peşmergəyə sığınıb: "Yüzlərlə İŞİD döyüşçüsü təslim oldu. Təslim olanlar arasında əcnəbilər də vardı”. 

Xəzər





Həftənin ən çox oxunanları