Yuxarı

İŞİD-in arxasındakı güc göründü

İŞİD-in arxasındakı güc göründü

İŞİD terror təşkilatı Raqqada döyüşlər bitdikdən sonra 4 mindən artıq döyüşçüsü və ailələri ilə birlikdə şəhəri xüsusi olaraq onlar üçün açılmış dəhlizlə tərk edib."Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, terrorçulara bu şəraiti ABŞ-ın rəhbərlik etdiyi koalisiya və silahlı kürd qüvvələri yaradıblar.Uzun müddət idi gizli saxlanılan sövdələşmənin gizlinləri yalnız indi açılmağa başlayıb.

4 mindən çox İŞİD militanının ABŞ liderliyindəki koalisiya qüvvələri, PKK və YPG terror təşkilatlarının müşayiəti altında Suriyanın Raqqa şəhərindən çıxmasının görüntüləri yayılıb.BBC-nin məlumatına görə təxliyyə edilən İŞİD üzvləri arasında təşkilat liderləri və çoxlu sayda əcnəbi döyüşçü olub.Raqqadan çıxarılan militanların bir hissəsi Suriya ərazilərinə dağıldığı halda, bir hissəsinin də Türkiyəyə keçdiyi iddia olunur. Lakin ən ilginci budur ki, hələ bir neçə ay əvvəl Raqqadan çıxarıldığı deyilən 250 İŞİD militanı da "terror köçü”nün arasında yer alıb. İŞİD-in əcnəbi döyüşçüləri də 10 yük maşını ilə silahlarıyla birlikdə təxliyyə edilib.

ABŞ liderliyindəki koalisiya faktı gizlətdi

Məlumatda yük maşınlarından birinin sürücüsü Əbu Fəvzi və həmkarlarının şahid qismində verdiyi açıqlamalara yer verilir.Sürücülər oktyabrın 12-də YPG-nin onlardan "qaçqınlar” adlandırdıqları insanları Tabaka şəhərinin cənubunda yerləşən bir düşərgəyə aparmağı tələb etdiyini deyirlər.Lakin yük maşınlarına mülki insanların əvəzinə İŞİD üzvləri, döyüşçülərin ailələri və çoxlu sayda silah-sursat yüklənildi.Sürücülərə bu faktı gizlətmələri üçün külli miqdarda pul verildiyi iddia edilir.

Görüntülər üzə çıxdıqdan sonra regional rəhbərliklər İŞİD-in gizli şəkildə Raqqadan çıxarıldığını etiraf etdilər.Qeyd edilir ki, 4 ay davam edən qarşıdurmalardan sonra İŞİD-lə anlaşma əldə edilib.Bu anlşama ilə də minlərlə İŞİD militanının Raqqadan heç bir zərər görmədən çıxarılması təmin edilib.Lakin anlaşmanın əldə edildiyi dönəmdə ABŞ və İngiltərə liderliyindəki koalisiya qüvvələri YPG-nin anlaşmada yer aldığını etiraf etmədi.

Terrorçuların Suriya daxilində gizlənmələrinə və digər ölkələrə qaçmalarına imkan verən bu "kirli bazarlıq” beləliklə, dünyada yeni və daha qorxulu təhlükənin yayılmasına yol açmış oldu.BBC-nin əldə etdiyi faktlar bunların həqiqət olduğunu üzə çıxarır.

Sürücünün açdığı sirlər

Sürücülərdən biri Əbu Fəvzi gördükləri barədə BBC-yə danışıb: "Raqqaya girəndə qorxmağa başladıq. Şəhərə YPG ilə birlikdə girməli idik, lakin təkbaşına girdik.Şəhərə girər-girməz üzərlərində bombalar yerləşdirilmiş jiletlər geyinmiş İŞİD döyüşçülərini gördük.Yük maşınlarına bazukalar yerləşdirməyə başladılar.Əgər adi bir səhv etsəydik, bütün yük maşınlarını partladacaqdılar.Həyat yoldaşlarının və uşaqlarının üzərlərinə belə bombalar yerləşdirmişdilər”.

Jurnalistlərə PKK qadağası

İŞİD Raqqadan təxliyyə edilərkən PKK və YPG bütün jurnalistləri bölgədən çıxarıblar.İŞİD-in Raqqadan qaçması telekanallarda yayımlanmamalı idi.Həmin dönəmdə PYD rəhbərliyi şəhərdən bir neçə İŞİD militanının çıxdığını, qalanların mülki insanlar olduğunu bildirmişdi.Lakin sürücü bütün sirləri BBC-yə açdı.

Rusiyadan ABŞ-a İŞİD ittihamı

ABŞ liderliyindəki koalisiya qüvvələri və Amerikadan dövlət dəstəyi alan PYD ilə İŞİD arasında keçən ay əldə edilmiş anlaşmanın gizlinlərinin ortaya çıxdığı bu günlərdə Rusiya rəsmi Vaşinqtonu İŞİD terror təşkilatına dəstək verməkdə ittiham edib. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, ABŞ-ın noyabrın 9-da Əl Bukamal rayonunda geri çəkilən terrorçulara zərbə endirməkdən imtina etməsi faktı aparılmış danışıqların stenoqramlarında öz əksini tapıb. Rusiya MN-nin dərc etdiyi bu  məlumata fotoşəkillər əlavə olunub.     ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın nümayəndəsi polkovnik Rayan Dillon Rusiya MN-nin koalisiyanın İŞİD-lə əməkdaşlıq etməsinə dair məlumatını təkzib edib.

Mənsur






Həftənin ən çox oxunanları