Yuxarı

Müharibə olacağı təqdirdə: Ordu buna görə məğlub olacaq

Müharibə olacağı təqdirdə: Ordu buna görə məğlub olacaq

"Rusiya ordusu NATO ilə bərabərmiqyaslı müharibə aparmağa qadırdır. Ancaq müasir tibb döyüş meydanında yaralanan hər kəsə xidmət etmək qüdrətində deyil”. 

Cebhe.info xəbər verir ki, bunu ekspert Rober Berkhusen "War is Boring”dakı məqaləsində yazıb.

Ekspert bildirib ki, Rusiya Silahlı Qüvvələri müasir tanklara, təyyarə və helikopterlərə, radioelektronikaya, geyim və müasir formalara malikdir. Ancaq bununla bərabər, 17,5 min yaşayış məntəqəsində tibbi xidmət yüksək səviyyədə deyil. Bir çox yaşayış məntəqələrində yerli sakinlər ixtisaslaşmış tibbi yardım almaq imkanından məhrumdur.

"Hətta Ukrayna ilə münaqişə olacağı təqdirdə də Rusiya böyük problemlə üzləşə bilər",- deyə yazan ekspertin fikrincə, sərhəddəki Bryansk, Oryol, Kursk, Belqorod kimi məntəqələrdə yaralılaır qəbul etmək üçün yerlək kifayət etməyəcək.

Ekspertin araşdırmasına görə, səhiyyə sisteminin döyüş şəraitində yaxşı işləməsinə ən yaxşı nümunə İkinci Dünya Müharibəsində SSRİ tibb personalının işi ola bilər. İtkilərə baxmayaraq, ekspert həmin dövrdə tibbi personalının işinin yüksək qiymətləndirib.

Xəzər





Həftənin ən çox oxunanları