Yuxarı

Putindən təhlükə barədə xəbərdarlıq

Putindən təhlükə barədə xəbərdarlıq

"Yaxın zamanda dünyada beynəlxal rəqabət daha da şiddətlənəcək. Biznes dünasının yeni liderləri isə məqsədlərinə çatmaq üçün istənilən təzyiq formasından istifadə edəcək”. 

Cebhe.info xəbər verir ki, bu bəyanatı Rusiya prezidenti Vladimir Putin səsləndirib. Rusiya sənayeçilər və sahibkarlar ittifaqının qurultayında iştirak edən Putin bildirib ki, dünya iqtisadiyyatı yenidən bölüşdürülür: "İstənilən təzyiq formasından istifadə ediləcək. Görünən odur ki, hansısa perspektivdə sanksiya çağırışları qalacaq".

Qeyd edək ki, hazırda Rusiyaya qarşı müxtəlif sanksiyalar qüvvədədir. Yeni sanksiyalarla 210 rusiyalı məmur və iş adamının da adı "qara siyahı"ya salınacaq. 

Xəzər





Həftənin ən çox oxunanları