Yuxarı

FETÖ-nün son silahı - Ərdoğana sui-qəsd

FETÖ-nün son silahı - Ərdoğana sui-qəsd

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd edilə bilər. İddialara görə, plan onun Balkanlara səfəri zamanı həyata keçirilə bilər. Qərb kəşfiyyatının sızdırdığı məlumata görə, bu barədə artıq Makedoniyada şayiələr yayılmağa başlayıb.

"Türk əsilli bir qrup insan Ərdoğana qarşı onun Balkanlara səfəri zamanı sui-qəsd hazırlayır", - deyə məlumatda qeyd olunub. Bu barədə təhlükəsizlik qüvvələri tərəfindən araşdırma başlayıb.

Maraqlıdır, Ərdoğanı kim və niyə öldürmək istəyir?

Politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə bildirib ki, Türkiyədə seçkilər öncəsi siyasi vəziyyətin gərginləşəcəyi gözləniləndir: "Prezident Ərdoğana qarşı mümkün ssenarilərin xaricdən və daxildən keçiriləcəyi istisna deyil. Ərdoğanın müstəqil siyasəti, Suriyada və Fələstin məsələsində tutduğu siyasi mövqe, eləcə də Rusiya ilə yaxınlaşması Qərb dairələrini ciddi narahat edir.

2016-cı il iyul ayında hərbi çevrilişə cəhd siyasi sui-qəsd idi. Görünür, daxildən hərbi çevriliş baş tutmur, FETÖ və digər ölkələrin xüsusi xidmət orqanları xarici səfərlərində fiziki olaraq aradan götürmək istəyirlər.

Yəqin, Ərdoğanın siyasəti maraqlı qüvvələrin Yaxın Şərqdə siyasətinə mane olur. Türkiyənin güclənməsi, manevr imkanlarının artması, bu sui-qəsdləri aktual edir. Balkanlarda səfərdə sui-qəsdin həyata keçirilməsi mümkündür. Türkiyəyə qarşı bu kimi cəhdlər aktualdır”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları