Yuxarı

Pandemiya bitirsə, dəstək də bitir? - "Hökumət aydın şəkildə açıqlamalıdır ki…”

Pandemiya bitirsə, dəstək də bitir? -

Pandemiya bitirsə, dəstək də bitir? -

Azərbaycanda da dünyanın digər ölkələrində olduğu kimi, pandemiyanın orta və kiçik sahibkarlıq subyektlərinə ciddi zərbə vurdu.

İndi sərt məhdudiyyətlər ləğv edilsə, ticarət, xidmət obyektlərinin bir qismi fəaliyyət göstərsə də, onların durumunun heç də yaxşı olmadığı ortadadır. Belə ki, əhalinin alıcılıq qabiliyyəti aşağı düşdüyündən indi qeyri-ərzaq məhsullarına daha az vəsait xərclənir, restoran və kafelərin, digər iaşə obyektlərinin xidmətlərindən daha az istifadə olunur.

Məlumdur ki, hökumət sərt karantin tətbiq edilən dövrdə sahibkarlıq subyektlərinin dəstəklənməsi istiqamətində bir sıra proqramlar həyata keçirdi.

Orta və kiçik sahibkarlıq subyektlərinin mövcud durumu nəzərə alınaraq dəstək proqramları davam edə bilərmi? Bu istiqamətdə hansı proqramlar icra oluna bilər?

İqtisadçı Razi Abbasbəyli "Cümhuriyət” qəzetinə bildirib ki, əksər dünya ölkələrində post-pandemiya dövrü ilə bağlı konkret strateji proqramlar hazırlanıb:

"Bu proqramlar xüsusilə də kiçik, orta sahibkarlığın inkişafı və bərpası ilə bağlıdır. Bu sahələrdə lazımi dəstək paketləri hazırlanıb. Həm investisiyların təşfiq edilməsi, həm rentabellik qabiliyyətinin bərpa olunmsı baxımından Avropa ölkələri strategiyalarını açıqlayıblar. Bununla bağlı hökumətlər daxilində müzakirələr başlanıb”.

Razi Abbasbəyli bildirib ki, Azərbaycanda kiçik və orta sahibkarlığa dəstəklə bağlı çox qısamüddətli strateji açıqlamalar var:

"Uzunmüddətli investisiya proqramlarının təşviqi ilə bağlı hər hansı bir məsələ ortada deyil. Pandemiyadan ən çox əziyyət çəkən xidmət, turizm sektorlarıdır. Qeyri-ərzaq məhsulları, gündəlik təlabata daxil olmayan məhsulların istehsalı sahəsində ziyanlar ortadır. Bu sahələrin toparlanması, post-pandemiya dövrü üçün formalaşdırılması istiqamətində hansı addımların atılacağı, hansı dəstəyin göstəriləcəyi ilə bağlı heç bir proqram, açıqlama görmürük. Yaxşı olardı ki, hökumət aydın şəkildə bu proqramları açıqlasın və bu proqramlar gələcək dövr üçün zərbə almış iqtisadi sahələrin bərpasına və yenidən formalaşaraq yaxşı vergi ödəyicisi, inkişafa dəstək verəcək sektor kimi ayaqda durmasına zəmin yaratsın”.

İqtisadçı hesab edir ki, ən azı yarımillik strateji proqramlar açıqlanmalıdır ki, burada vergi, gömrük güzəştləri, dövlət tərəfindən ediləcək dotasiyalar, enerji daşıyıcıları ilə bağlı güzəştlər ola bilər.

Xatirə Nəsirli





Həftənin ən çox oxunanları