Yuxarı

Pulumuzu hansı banka etibar edək

Pulumuzu hansı banka etibar edək

pul

Bir sıra bankların öhədliklərini yerinə yetirə bilməməsi bəzi vətəndaşlarımızda pullarını əmanət formasında saxlanılması ilə bağlı müəyyən tərəddüdlər yaradıb. Lisenziyası hələ də ləğv edilməyən 2 bankda əmanətçilərin öz pullarını geri almaqda çətinliklərlə üzləşməsi problemi daha da aktuallaşıb. Nəticədə, Mərkəzi Bankın rəsmi məlumatına əsasən, banklarda əgər bu il iyulun 1-nə qədər 7 milyard 653 milyon manatlıq əmanət var idisə, bu göstərici avqustda 7 milyard 605 milyon manata, sentybarın əvvəlində isə 7 milyard 320 milyon manatadək azalıb. Hesabat dövrü üzrə son 2 ayda əmanətlərin həcmi 333 milyon manat aşağı düşüb.

Göründüyü kimi, bir sıra banklarda əmanətlərin taleyi ilə bağlı qeyri-müəyyənlik əhalinin yığımla bağlı qərarlarına ciddi təsir göstərməkdədir. Bütün bunlarla yanaşı, hətta sadəcə təhlükəsizlik baxımdan vətəndaşların öz pullarını evlərində deyil, banklarda saxlaması daha məqsədəuyğundur. Bəs, əmanəti hansı bankda saxlamalı? Əmanət yerləşdirən zaman nələrə diqqət yetirməli?

Cəbhə.info-nun məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov pulları əmanət kimi banka yerləşdirmədən öncə bankların internet səhifəsinə daxil olub, onun illik və rüblük hesabatlarına baxmaq vacibliyini vurğulayıb: “Bu hesabatlar bankın fəaliyyəti barədə potensial əmanətçidə fikir formalaşdıra bilər. Əgər mənfəət və zərərlər bölməsində pozitiv dinamika müşahidə edilirsə, o zaman həmin bankla əməkdaşlıq haqda düşünmək olar.

İkincisi, bankın internet səhifəsində maliyyə hesabatlarının mütəmadi yerləşdirilməsinə diqqət yetirmək. Öz maliyyə hesabatlarını internet səhifələrində mütəmadi yerləşdirməyən banklarda əmanətlərin yerləşdirilməsi heç bir halda tövsiyə edilmir.

Üçüncüsü, bankın Əmanətlərin Sığortalanması Fonduna üzvülüyü bir daha yoxlanılması vacibdir. Doğrudur, fondun məlumatına görə, 45 bank sözügedən qurumun üzvüdür. Bununla belə, bu istiqamətdə hər hansı dəyişikliklərin baş vermədiyinə əmin olmamaq üçün üzvülük statusuna baxılması vacibdir.

Dördüncüsü, bankda əmanət yerləşdirməmişdən öncə həmin bankla əməkdaşlıq etmiş yaxınlarınız və qohumlarınız arasında bir sorğunun keçirilməsinə ehtiyac var. Bununla da Siz əməkdaşlıq etməyi düşündüyünüz bankda problemlərin olub-olmadığını empirik olaraq müəyyənləşdirə bilərsiniz. Çünki tanişlarınız üzləşdiyi problemlər Sizin qərarlarınıza birbaşa təsir göstərəcək və onların fikrirləri real vəziyyəti əks etdirir.

Beşincisi, bankda əmanət yerləşdirmək üçün əvvəlki 4 şərtin hər hansı birinin deyil, hamısının təmin olunması vacibdir. Əgər, bu şərtlərdən hər hansı biri yoxdursa, o zaman bir daha düşünməyiniz lazımdır”. Altıncı, bankda əmanət yerləşdirən zaman bir bankda pulunuzun 30 min manatı (və ya dollar) ötməməsi və illik depozit faizinin 12-dən çox olmamasına diqqət yetirin. Nəzərə almaq lazımdır ki, sığorta əmanətlərə deyil, əmanətçıyə görə aparılır. Nəhayət, pulalrınızı yüksəl faiz təklif edən yox, etibarlı bankda saxlayın”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları