Yuxarı

2016-cı il üçün BƏDBİN PROQNOZ

2016-cı il üçün BƏDBİN PROQNOZ

BVF Beynəlxalq Valyuta Fondu (BVF) 2015-ci il üçün Azərbaycanda ÜDM-in nominal həcmini  64 mlrd. dollar, 2016-cı ildə 63,6 mlrd. dollar səviyyəsində proqnozlaşdırır. Bu barədə fondun Orta Şərq və Mərkəzi Asiya ölkələri üzrə regional icmalında qeyd edilir. Cebhe.info  Marja.az-a istinadən verir ki, BVF-nin proqnozlarına əsasən, 2015-ci ildə Azərbaycanda ÜDM 4%, 2016-cı ildə 2,5% artacaq. Fond cari ildə Azərbaycanda sutkalıq neft hasilatını 0,95 mln. barel, 2016-cı ildə 1,07 mln. barel (2014-cü ildə 0,85 mln. barel olub) həcmində proqnozlaşdırır. BVF-nin qiymətləndirmələrinə görə, 2015-ci ildə Azərbaycandan məhsul və xidmətlərin ixracı 20,7 mlrd. dollar, 2016-cı ildə azalaraq 17,6 mlrd. dollar təşkil edəcək, 2015-2016-cı illərdə ölkəyə məhsul və xidmət idxalı müvafiq olaraq  17,2 mlrd. və  14,4 mlrd. dollar həcmində olacaq. 2015-ci ilin yekunları üzrə fond Azərbaycanın tədiyyə balansının profistini 1,9 mlrd. dollar və ya ÜDM-in 3%-i, 2016-cı ildə  1,7 mlrd. dollar və ya ÜDM-in 2,7%-i səviyyəsində (2014-cü ildə  10,4 mlrd. dollar və ya 14,1% olub) proqnozlaşdırır. Xəbər verildiyi kimi, bu ilin yekunları üzrə Azərbaycan hökuməti nominal ÜDM-i 57,1 mlrd. manat, 2016-cı ildə 57,7 mlrd. manat səviyyəsində proqnozlaşdırır.





Həftənin ən çox oxunanları