Yuxarı

Kreditdən xəbərsiz hüquqşünaslar

Kreditdən xəbərsiz hüquqşünaslar

mehman muradli(1)Hüquqşünaslardan birinin “Borclular üçün şad xəbər” başlıqlı açıqlaması dünən sosial və online mediada ciddi müzakirə olunub. Hüquqşünas iddia edib ki, prezidentin “2016-cı il üçün yaşayış minimumu haqqında” sərəncamı banklara borcu olan vətəndaşların bu borcdan xilas edir. Hüquqşünas Mehman Muradlı onun fikirləri ilə razı deyil.

Cebhe.info-ya açıqlamasında M.Muradlı deyib ki, 5 oktyabr 2004-cü ildə qəbul edilmiş “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu təyinatı aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsi sisteminin formalaşdırılmasında və tətbiqində, aztəminatlı ailələrin rifahının yüksəldilməsi konsepsiyasının və dövlət proqramlarının hazırlanmasında, əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində və proqnozlaşdırılmasında, fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılmasında, əhalinin pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində, dövlət büdcəsinin, yerli büdcələrin, büdcədənkənar dövlət fondlarının, qanunvericilikdə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında məqsədləri üçün istifadə olunur:

“Göründüyü kimi bu təyinatların heç birində “”krediti qaytarmamaq” və yaxud “qismən qaytarmamaq” kimi müddəa yoxdur. Qanunun tək bu müddəası hörmətli hüquqşünasın iddiasını darmadağın edir. Lakin və amma digər məcəllə, qanun və normativ hüquqi aktlara istinad etməyi lazım bilirəm ki, fikrimi tam əsaslandırım”.

M.Muradlı deyib ki, hörmətli hüquqşünas iddiasını “İcra haqqında” Azərbaycan Respublikası qanununa da istinad etməyə cəhd belə etmir:

“İcra haqqında” Azərbaycan Respublikası qanunun preambula hissəsində göstərilir ki, bu Qanun Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin habelə məhkəmə əmrlərinin, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariat orqanlarının icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların (bundan sonra-məhkəmə və digər orqanların) qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. Bu, o deməkdir ki, icra orqanı məhkəmələrin qərarlarının məcburi icrasını təmin edir. Konstitusiya və prosessual qanunvericiliyin tələbinə əsasən isə məhkəmələrin çıxardığı qərar və hökmlər Azərbaycan Respublikası adından çıxarılır. Ola bilər ki, həmin qərarlar səhv olsun. Amma bu o demək deyil ki, qərar icra edilməməlidi”.

Hüquqşunas sonda əlavə edib ki, “İcra haqqında” Qanunun tələbinə əsasən Məhkəmə qərarı ilə  verilmiş icra sənədi hakim tərəfindən imzalanır və məhkəmənin möhürü ilə təsdiqlənməsi icra sənədlərinə aid tələbdi.





Həftənin ən çox oxunanları