Yuxarı

Neft bazarında ciddi gəlişmə

Neft bazarında ciddi gəlişmə

neft8 ölkə OPEK-in ekstra görüşünə razıdır

Rusiya, Oman və OPEK üzvü olan 6 ölkə neftin qiyməti ilə bağlı ekstra görüşün keçirilməsinə tərəfdardır. Cebhe.info xəbər verir ki, bu barədə Venesuelanın neft naziri Euloxio del Pino İrana səfərinin nəticəsi olaraq bildirib. Nazirin sözlərinə görə, neftin qiymətinin müzakirəsi və hasilatla bağlı çağırılması mümkün olan iclasda İraq, Əlcəzair, Nigeriya, Ekvador, İran və Venesuela iştirak edə bilər. Bu ölkələrin nümayəndələri neft hasilatı ilə bağlı məsələlərdə razılığa gəlməyə çalışacaqlar. Sözügedən ölkələrin ümumi qənaətinə görə, neftin qeyri-stabil qiyməti bazarlara ciddi təsir göstərir. Qeyd edək ki, venesuelalı nazir yanvarın sonlarından başlayaraq neft ölkələrinə səfərə çıxıb. Onun səfər edəcəyi ölkələrin siyahısına Qətər, İran, İraq, Səudiyyə Ərəbistanı da daxildir.





Həftənin ən çox oxunanları