Yuxarı

Əhalini banklara aparan yollar

Əhalini banklara aparan yollar

Rovsen agayevPrezident İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun qüvvəyə minməsi barədə sərəncam imzalayıb. Qanuna əsasən ölkə banklarındakı bütün əmanətlər qarşıdakı 3 il müddətində tam sığortalanacaq. Cebhe.info xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev əmanətlərin tam sığortalanması və onların vergidən azad edilməsini düzgün addım adlandırıb:

“Son aylar əhalinin banklara və milli valyutaya etibarının azalması ona gətirib çıxardı ki, kütləvi şəkildə əmanətlər ya dollarlaşdı, ya da banklardan çıxarıldı. Vəziyyətin belə davam etməsi, üstəgəl Maliyyə Nazirliyinin dövlətin adından çıxış edərək yüksək, az qala bank faizləri ilə rəqabət aparacaq faizlə istiqraz buraxması əmanət bazarının cəlbediciliyini azaltmaqla yanaşı, bank sektorunu çətin vəziyyətə salırdı. Ona görə də indiki məqamda əmanətlərin 3 illik olsa da, tam sığortalanması düzgün addımdır. Əmanət faizlərinin də vergidən müvəqqəti azad edilməsi müsbət addımdır və 2015-ci ildə atılmış səhv addımın düzəldilməsi kimi qiymətləndirilməlidir”.

Ekspert vurğulayıb ki, bu addımlar indiki problemi həll etməyə yönəlib, amma gələcəkdə əmanət bazarının inkişafı və bankların dayanıqlığına dəstək məqsədilə paralel bir sıra addımların atılması vacibdir:

“1. Manat və dollar əmanətlərinin (yeni yerləşdiriləcək) sığortalanma faizi fərqlənməlidir. Manat əmanətlərinin sığortalanma faizi 15 faizə qaldırılmalı, dollar (avro) əmanətlərinin sığortalanma faizi isə 8 faizə endirilməlidir.

  1. Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazlarının illik faiz dərəcələri əmanətlərin faiz dərəcələrindən aşağı endirilməlidir.
  2. Əmanət bazarında faiz artımının qarşısını almaq üçün yaxşı olardı sığorta haqlarının məbləği əmanətlərin illik faiz dərəcələrindən asılı edilməlidir. Yəni cəlb edilmiş əmanətlərin illik faiz dərəcələri artdıqca sığorta haqlarının məbləği də artırılmalıdır”.

Yeganə Oqtayqızı