Yuxarı

Dollar kreditləri ilə bağlı bəd xəbər

Dollar kreditləri ilə bağlı bəd xəbər

“Mərkəzi Bankdan sonra Maliyyə Bazarlarına Nəzarət Palatası da dollar ilə kredit götürənlərə “bəd xəbər” verib”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı alim Vüqar Bayramov deyib.

Onun sozlərinə görə, dollar kreditlərinin qaytarılacağı inadırıcı görünmür:

“Hal-hazırda kreditlərin məbləğinin 19.7 milyard manat olduğunu və ümumi kredit portfelində xarici valyutaların payını nəzərə alsaq, söhbət ikinci devalvasiyadan sonra yaranan 3.5 milyard manatlıq fərqdən gedir. Həm Mərkəzi Bank, həm Palata bu fərqin banklar ilə vətəndaşlar tərəfindən qarşılacağını güman edir. Banklar heç bir güzəştə getmək istəmir və praktik olaraq getmirlər. Müştərilərin heç də hamısı isə belə böyük fərqi qarşılamaq imkanlarına malik deyil. Nəzərə almaq lazımdır ki, 2015-ci ilin il əvvəlində10 min dollar kredit götürən şəxsə bank 7800 manat veribsə indi əsas məbləğ faizlər hesablanmadan 15 min manat olub. 10 min dollarlıq kredit üzrə yalnız əsas məbləğdə 7200 manat fərq var. Deməli, il yarım öncə 7800 manat kredit götürən şəxs faizlər ilə birlikdə banka 20 00 manatdan çox pul ödəməlidir. Məncə, bu rəqəmlərin müzakirəsi artıq bütün reallıqları göstərir: 10 min dollara görə əsas məbləğdən başqa 12 200 manat əlavə pul. Aydın görünür ki, dövlətin dəstəyi olmadan bu kreditlrin qaytarılacağına inandırıcı görünmür”.

V.Bayramov Azərbaycanın bəzi ölkələrin kreditlərə kompensesiya verilməsi təcrübəsindən yararlanmaq istəmədiyini deyib:

“Bir sıra kredit kateqoriyaları üzrə kompensasiya həyata keçirən Qırğızıstan və Qazaxıstan təcrübəsindən Mərkəzi Bank yararlanmaq istəməsə də 2008-ci il qlobal maliyyə böhranı dövrü 1 tirlyon dollar həcmində stimullaşdırıcı paket reallaşdıran ABŞ nümunəsinə müraciət edə bilər. Maraqlıdır, orta aylıq əmək haqqı 4 min dollar olan ABŞ-da kreditlərin qaytarılması üçün hökumət stimullaşdırıcı tədbirlər həyata keçirirsə, orta aylıq əmək haqqı 330 dollar olan Azərbaycanda niyə kompensasiya verilməsin”?

Vilayət Muxtar Cebhe.info





Həftənin ən çox oxunanları