Yuxarı

Banklar çıxılmaz durumda

Banklar çıxılmaz durumda

“Azərbaycanda kredit faizləri yüksəkdir. Mərkəzi Bank banklara və ya bank olmayan kredit təşkilatlarına 29% limit tətbiq etməsəydi, hazırda 36%-lə istehlak kreditləri verilərdi. Hətta bəzi bank olmayan kredit təşkilatları istehlak kreditlərini 42%-lə verirdi”.

Bunu “Cümhuriyət” qəzetinə açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev bildirib.

“Maliyyə Bazarlarına Nəzarət Palatasının əsas funksiyası adından göründüyü kimi, maliyyə bazarına nəzarət etmək və tənzimləmə funksiyasını həyata keçirməkdir. Yəni, palata həm banklara, həm sığorta şirkətlərinə və digər maliyyə qurumlarına nəzarət etmək və fəaliyyətin qanunvericiliyə uyğun olub-olmamadığını araşdıracaq. Mərkəzi Bankın (MB) funksiyası isə pul-kredit siyasəti həyata keçirməkdir. Yəni, mərkəzləşdirilmiş kreditləri yenə də, MB verəcək. Sadəcə olaraq, MB həm də banklara nəzarətetmə funksiyası var idi. Artıq banklara lisenziya vermək, almaq MB yox, palata həyata keçirəcək. Amma banklara subardinasiya, mərkəzləşdirilmiş kreditləri vermək MB səlahiyyətində qalır”, - deyə S.Əliyev bildirib.

Onun sözlərinə görə, MB banklara və ya bank olmayan kredit təşkilatlarına 29% limit tətbiq etməsəydi, hazırda 36%-lə istehlak kreditləri verilərdi. Hətta, bəzi bank olmayan kredit təşkilatları istehlak kreditlərini 42%-lə verirdi. Fikir versək görərik ki, MB uçot dərəcəsini endirir və ya aşağı salır, amma bazara təsir etmir. Amma, Amerikanın Mərkəzi Bankı (Fed) 2015-ci ilin dekabr ayında uçot dərəcəsini qaldırdı, Azərbaycan devalvasiyaya uğradı, dünyada dollar bahalaşdı. Avropa, Yaponiya, Böyük Britaniya, İngiltərə mərkəzi bankları oxşar addımları atarkən bazara öz təsirini göstərir. Azərbaycan isə uçot dərəcəsini qaldırır, aşağı salır, amma bazara heç bir təsir göstərmir. Bu, az vəsait deyil, 20 mlrd. kreditləşmədə, 6 mlrd. kifayət qədərdir, yəni 30%. Mərkəzləşdirilmiş dərəcəsi bildiyimiz kimi, banklara MB həmin uçot dərəcəsindən kredit verir. Bu gün 20%-dirsə, əvvəl isə 5% idi.

Banklar isə, biri var 12%-15% ilə əhalini əmanətlərə cəlb edə, nəinki 7% -lə MB -dan kredit ala. Bu isə, MB-ın uçot dərəcəsi təsir göstərmir. Səbəb isə MB-ın mərkəzləşdirilmiş kreditlərini çox az bankların əldə edə bilməsidir. Yəni, MB az bir banka daha çox kredit verir, digər bankların o kreditlərə əli çatmır. Buna görə, mərkəzləşdirilmiş kreditlər artsa da, uçot dərəcəsi dəyişsə də, bazara heç bir təsiri yoxdur. “Devalvasiyadan sonra Amerika dollarının manata olan məzənnəsi, 1.55 manat idi. Hətta, bir müddət əvvəl dolların məzənnəsi 1.65 man. olsa da, indi 1.50 manatdır və görünən odur ki, dollara tələbat yoxdur və MB məcburi olaraq dollar alır ki, manat bahalaşmasın. Yəni, MB manat kütləsini məhdudlaşdırıb, azaldıb. Bu isə, faktiki olaraq bankların manatla kredit verməsinə və ya dollar almasına manat vəsaiti çatmır. Yəni, manat məhduddur.

Bu məhdudlaşmanın səbəbi isə, mərkəzləşdirilmiş kreditlərdir. Mərkəzləşdirilmiş kreditləri MB manatla verir, bu manat isə bir çox banklara gedib çatmır. Valyuta hərracı keçirilən zaman isə, 6-7 eyni bank aktiv iştirak edir. Hansı ki, o banklar daimi olaraq MB -dan mərkəzləşdirilmiş kredit və ya başqa bir şəkildə manat alırlar. Ona görə, digər banklar kənarda qaldığı üçün bu gün devalvasiya təzyiqi yoxdur. MB, həm devalvasiya, həm də infilasiya təzyiqini azaltmaq üçün manat kütləsini azaldıb. Manat kütləsi azaldığı üçün isə, bu gün banklarda manat yoxdur. Banklara pul gəldikdən sonra isə manat ayrılacaq dollar almağa.

Dollar alındıqdan sonra isə dollara olan tələbat artacaq və manat ucuzlaşmağa doğru gedəcək. Həm də iqtisadiyyata pul gəldiyi zaman bu, infilasiya təhlükəsi yaradır. Yəni, tələbat artır. İndi isə, pul olmadığına görə, dollar alan yoxdur, amma təklif çoxdur. Təklif çox olduğu zaman isə, qiymətlər hər zaman aşağı enir və ya qalxmır”-deyə S.Əliyev əlavə edib.

“Proqnozlara görə, cari ilin iyul ayında neftin qiymətinin kəskin düşməsi, iyun və sentyabr aylarında FED -də keçiriləcək iclasda uçot dərəcəsini qaldırma ehtimalı var. Gözləntilərə görə, sentyabr ayında uçot dərəcəsi qaldırılacaq, amma iyun ayıda istisna edilmir. Məsələ ondan ibarətdir ki, əgər həmin ərəfələrdə uçot dərəcəsi qaldırılsa, manat üçün təzyiq yaranacaq. Təsəvvür edin ki, uçot dərəcəsi qalxarsa, dollar bahalaşır. Dollar bahalaşarsa, bu, neftə öz təsirini göstərir və neftin qiyməti ucuzlaşır. Bu, manat üçün arzuolunmaz bir senaridir. Yəni, dollar bahalaşanda, neftin qiyməti enəndə, manat təzyiq altında qalır. Devalvasiyaya təsir göstərən əsas amillərdən biri isə, ölkədən çıxan dolların, ölkəyə gətirilən dollardan çox olmasıdır. Yəni, kapital axını.

Dolların ölkədən çıxması isə, vətəndaşlar xarici ölkələrə səfəri zamanı özləri ilə dollar aparması, idxalına artması, məmurların qeyri-rəsmi şəkildə ölkədən külli miqdarda dollar çıxarması, kapital axını deməkdir və bu da manatı zərbə altında qoyur. Ölkəyə gələn dollar isə, 2014 və 2013-cü illərlə müqayisədə azdır. Bu kəsiri isə, MB məcbur olur ki, öz valyuta hesabına örtsün. Valyuta ehtiyatınında 4 mlrd. dollar bu işə xərclənib və artıq MB pul xərcləmək istəmir. 1993-1994-cü illərdə vəsaiti birdən-birə yönəltdilər bazara və manat ucuzlaşdı və buna görə də, MB banklara pul verməyə qorxur. Amma pul verilməsə, iqtisadiyyat pulsuz qalır və iqtisadi canlanma, aktivlik aşağı düşür.

Hazırda isə ölkəyə pulun gəlməməsi, verginin yığılmaması, biznesin arzuolunan səviyyədə olmaması, monopoliyanın olması, qeyri-neft sahəsində biznes sektorunun ölü vəziyyətdə olması ona gətirib çıxarır ki, ölkədə olan problemlər, yalnız MB -ın problemi deyil. Problem, iqtisadiyyatın strukturundadır. Bu baxımdan düşünürəm ki, hökumət ölkə iqtisadiyyatını kreditləşdirilməsi məsələsinə diqqəti artırmalı və maksimum dərəcədə mexanizm tapılmalıdır ki, iqtisadiyyat kreditsiz qalmasın. Ölkədə, dollar və manatın bərabər olan ərəfəsində, insanlar biznesdən vəsaitini geri çəkərək banklara yatırdı ki, banklardan tam risksiz 12-14% əmanət alsın. Banklar isə, bu vəsaiti istehlak krediti kimi verir, istehlakçı xarici maşını alırdı, bununla da bank biznesinə təkan verirdi.

Digər insanlar isə, əziyyət çəkərək pul qazanır və banklara olan borcunu (kreditini) ödəyirdi. Bank isə, həmin kreditdən əmanəti qaytarır, həmçinin özüdə qazanırdı. Yəni, pul real sektorundan çəkilərək, kreditləşmənin 3-də 1-i, yəni 40%-i istehlaka yönəldi, 60%-i real sektor olsa da, onun bir hissəsi sənaye və neft sektoruna, ticarətə və daşınmaz əmlaka yönəldi, amma kənd təsərrüfatı 5% olaraq, digər real sahələrlə birlikdə kənarda qalır. Belə bir vəziyyətdə, iqtisadi aktivlikdən və inkişafdan danışmaq olmaz. İndi məsələ ondan ibarətdir ki, banklar da qazana bilmir. Belə ki, dolları çox az adam götürür, götürənlər isə qaytara bilmir. Buna görə, iqtisadiyyat pulsuz qalıb və əmanətçilər öz əmanətlərini ala bilmir. İqtisadiyyatda olan problemlər həll olunmayana qədər, bankların vəziyyəti ağır olaraq qalacaq. Təkcə bankların üzərinə düşərək bütün məsələnin kreditləşmədə görmək lazım deyil.

Burada rəqabət mühiti olmalı, monopoliya aradan qalxmalı, qanunvericilikdə güzəştlər tətbiq edilməlidir. Bunlar hamısı kompleks şəkildə görülməlidir. Təəsüflər olsun ki, Azərbaycanda bu sahədə ümumiyyətlə, bir iş görülmür, görülənlər isə kifayət etmir. Devalvasiyanın inzibatı yollarla MB qarşısını alır, manat möhkəmlənir. Proqnozlara görə, yaxın dövrlərdə dolların manata olan məzənnəsi, 1.50 -1.65 arası dəyiçəcək.

İlin birinci yarısında manat üçün bir təhlükə görülmür, üzü payıza doğru isə, manat müəyyən təzyiq altında qalacaq. Bu, həmçinin hökumətin addımlarından da çox asılı olacaq. Təbii ki, neftin dünya bazarında olan qiyməti də məsələyə öz sözünün deyəcək. Əgər neftin qiyməti düşsə, manat üçün çətin olacaq. Təbii ki, söhbət neftin bir barelinin 45 dollar olmasından deyil, əhəmiyyətli yüksəlməsindən gedir. Baxmayaraq ki, ehtimal azdır, əgər neftin bir bareli 70 dollardan yuxarı olsa, manat üçün əlavə dəstək olacaq. Yay aylarına qədər isə, manat üçün təhlükə gözlənilmir”-deyə S.Əliyev bildirb.

Odər Qəni





Həftənin ən çox oxunanları