Yuxarı

Yeni OPEC neft bazarına təsir edə biləcəkmi?

Yeni OPEC neft bazarına təsir edə biləcəkmi?

Araz Aslanlı: “Azərbaycanın mövqeyi bazar büdcəsini dəyişdirəcək gücdə deyil” OPEC-i əvəz edən yeni alyans yaradılır.Venesuelanın prezidenti Nikolas Maduro neft hasilatçısı olan ölkələrin yeni alyans yaradacaqlarına ümid etdiyini bildirib.Oktyabrın 9-13-də İstanbulda keçirilən XXIII Beynəlxalq Energetika Forumunda bildirilib ki, yeni alyansın OPEC-dən daha çox ölkəni əhatə edəcəyi gözlənilir.Venesuela prezidenti mövzu ilə əlaqədar hasilatçı ölkələrin oktyabrın 12-də toplanacağını bildirib.N.Maduro həmçinin OPEC üzvü olan ölkələrin bu görüş zamanı hasilatı azaltmaq barədə razılığa gələcəklərini gözlədiyini söyləyib. “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı “Cümhuriyət”ə bildirib ki, ümumiyyətlə, OPEC qurulandan bu günə qədər beynəlxalq münasibətlər sistemində enerji amilinə görə xüsusi yeri olan bir təşkilat olub: “SSRİ dağılandan sonra Rusiyanın neft-qaz istehsalçılarının ortaya çıxması OPEC-lə bağlı o vaxtı da suallar yaranmışdı. Yəni, onlar ayrı oyunçular kimi enerji oyununa daxil olanda OPEC-in imkanları dəyişəcək.Amma OPEC öz hakim mövqeyini qoruyub saxladı.Sonra təşəbbüslər oldu ki, OPEC-ə alternativ qurum yaradılsın, ya da ki, neftin qiymətini və istehsal həcminin müəyyənləşməsində OPEC-lə əməkdaşlıq etsinlər.İkinci variant daha çox real oldu.Yəni digər neft istehsalçıları OPEC-ə alternativ təşkilatı ortaya çıxarmağı reallaşdıra bilmədi.Əksinə, onlar neftin qiymətinin və istehsal həcminin müəyyənləşdirilməsində OPEC-lə əməkdaşlıq etdi.Müəyyən dövlətlərin mövqeyi vaxtaşırı olaraq OPEC-in öz üzvləri tərəfindən tənqid olunub.Təşkilatın elə üzvləri var ki, onlar ABŞ və Səudiyyə Ərəbistanına qarşı əks mövqe göstərir.Bu dövlətlər vaxtaşırı olaraq OPEC-in xüsusilə, Səudiyyə Ərəbistanının mövqeyini tənqid edirlər”. Araz Aslanlı onu da qeyd edib ki, Azərbaycan böyük neft istehsalçısı olmadığına görə proseslərdə müəyyənləşdirici rol oynamır: “Amma Azərbaycan böyük neft oyununda ciddi bir alternativdir və öz töhfələrini verməyə çalışır. Azərbaycan OPEC-lə əməkdaşlıq edə bilər və ona alternativ təşkilat yaransa, yenə də əməkdaşlıq edəcək.Azərbaycan hasilatın dondurulması ilə bağlı mövqeyini bildirib.Amma Azərbaycan neftlə bağlı ümummilli birlik elan edib və bunun gerçəkləşəcəyilə bağlı müəyyən addımlar da atıb.Amma ölkənin neftdən asılılığı hələ bitməyib.Buna görə neftin qiymətinin artması Azərbaycan üçün sərfəlidir.Amma Azərbaycanın mövqeyi bazar büdcəsini dəyişdirəcək gücdə deyil”. Yeganə Oqtayqızı Cebhe.info





Həftənin ən çox oxunanları