Havaların qəfil dəyişməsi istiliyə olan təlabatı artırıb. Bu səbəbdən abonentlərə qazın az təzyiqlə verilməsi, bir neçə ərazidə isə gün ərzində qazın kəsilməsi kimi problemlər yaşanıb. Əsasən Xətai, Nərimanov, Binəqədi, Sabunçu rayonlarında sakinlər qazın azlığından şikayətləniblər. “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev Cebhe.info-ya açıqlamasında bildirib ki, hazırda ölkə üzrə əhaliyə təbii qazın tələbata uyğun olaraq verilməsi istiqamətində işlər gedir: “Havaların kəskin soyuması nəticəsində ötən iki gün ərzində şəhərin müxtəlif ərazilərində təbii qazın çatışmazlığı ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin “qaynar xətti”nə də müraciətlər daxil olub. Daxil olan müraciətlərə əsasən tənzimləmə işləri aparılır. Bu tənzimlənmə işləri növbəlilik əsasındadır. Havaların soyuması ilə əlaqədar ötən iki gündə 1 milyon 193 min kübmetr təbii qazın verilişində artım var. Bu da onu göstərir ki, havaların qəfil soyuduğu günlərdə əhali təbii qazdan daha çox istifadə edib. Ona görə də müxtəlif ərazilərdə bu çatışmazlıq yaranıb. Yaxın müddət ərzində bu çatışmazlıq aradan qaldırılacaq. Bu, heç də o demək deyil ki, bundan soyuq, kəskin, şaxtalı havada da bu problem yaşanacaq”. İbrahim Kərbəlayev deyib ki, oktyabrın 15-də respublika üzrə qazın verilişi 9 milyon 961 min kubmetr olub. “Oktyabrın 16-da bu rəqəm 11 milyon 154 min kubmetr olub. Bunlar arasındakı fərq 1 miyon 193 min kub metr təşkil edib ki, bu da havaların soyuması ilə əlaqədardır. İrəlidəki günlərdə nə qədər tələbat olacaqsa, o qədər də qaz artımı olacaq”,- deyə İbrahim Kərbəlayev əlavə edib. Alçina Amilqızı
- Ana səhifə
- İqtisadiyyat
- “Azəriqaz” vəd etdi: “Qaz çatışmazlığı aradan qaldırılacaq”
“Azəriqaz” vəd etdi: “Qaz çatışmazlığı aradan qaldırılacaq”
Bu bölmədən digər xəbərlər
- Pandemiya bitirsə, dəstək də bitir? - "Hökumət aydın şəkildə açıqlamalıdır ki…” Tarix 11 Mart, 16:39
- Neft "ağ günə” çıxır: Pandemiya başlayanda 15, bitməmiş 100 dollar? Tarix 27 Fevral, 17:19
- Problemli kreditlər necə yaranır? - "Müştəri kreditin qaytarılmasını 1 gün gecikdirir…” Tarix 25 Fevral, 17:17
- Dollara tələbat niyə 50 faiz artıb? - Geyim, avadanlıq almırıq, səfərə çıxmırıq... Tarix 25 Fevral, 17:16
- Azərbaycanda pensiya almaq "xoşbəxtliyi” kimlərə nəsib olacaq? – Ümid qocalıq müavinətinə qalıb Tarix 23 Fevral, 17:14
- Azərbaycanın xarici borcu: Təhlükəli həddə çatır? Tarix 23 Fevral, 17:14
- Xəzərdən daha "qan iyi” gəlməsə də: "Dostluq” niyə tən bölünmədi? Tarix 20 Fevral, 17:13
- Qarabağ üçün kritik dönəm: "Plana mane olmalıyıq” Tarix 20 Fevral, 17:13
- Bazar "od tutub yanır”: Hökumətin "görünməz əl"i niyə işə düşmür? Tarix 20 Fevral, 17:12
- Hökumət gizlətsə də, pandemiya üzə çıxartdı: ”İşsizlərin sayı bəlkə də 20 dəfə artıqdır” Tarix 18 Fevral, 17:10
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi