Yuxarı

"Exchange"lər yenidən açılacaq

Deputat qərar veriləcək zamanı açıqladı Bu ilin əvvəlində Mərkəzi Bank tərəfindən ölkədəki valyutadəyişmə məntəqələrinin lisenziyaları ləğv edilərək, fəaliyəti qadağan olundu. Elə o vaxtdan etibarən "exchange"lər işləmədi. Düzdür, bəzi ərazilərdə qeyri-qanuni valyutadəyişmə məntəqələri fəaliyyət göstərsə də, sonradan onların fəaliyyətinə də xitam verildi. Sonrakı mərhələdə bu məsələ ilə bağlı aidiyyatı orqanlarda müzakirələr başladı və sözügedən məntəqələrin yenidən fəaliyyətinin bərpası gündəmə gəldi. Amma proses reallaşmadı. Hətta Maliyyə Bazarlarına Nəzarət Palatası da həmin vaxt valyuta mübadilə məntəqə və ya şöbələrinin yenidən fəaliyyətinə icazənin verilməsi ilə bağlı yayılan xəbərləri əsassız adlandırdı.  Cebhe.info-ya daxil olan məlumata görə, yenidən ölkədəki valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpa olunacağına dair  hökumətdə müzakirələr başlayıb. Yaxın vaxtlarda xarici valyuta olan dolların alış və satışı üçün “exchange"lərin bərpa olunacağı istisna deyil. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Cebhe.info-ya açıqlamasında deyib ki, belə müzakirələrin aparıldığını deyib: “Amma bir məsələ də var ki, bu məntəqələr açıqlacaqdısa, vaxtında niyə bağlanırdı? Valyutədəyişmə məntəqələrinin bağlanmasına səbəb “qara bazar”ın müəyyən qədər qarşısını almaq və bu məntəqələrin yalnız banklarda fəaliyyət göstərməsini təmin etmək idi. Bütün dünyada əslində bu prosesdir. Yəni dünya ölkələrində valyutadəyişmə məntəqələri bankların nəzdində fəaliyət göstərir. Hesab edirəm ki, hazırda bu məsələnin yenidən reallaşdırılmasına ehtiyac yoxdur. Çünki hələlik manat öz real bazar dəyərini almayıb. Nə vaxt manat real bazar dəyərini alarsa, dollarla münasibətdə problemi olmazsa, o zaman bu məsələyə qayıtmaq olar. Fikrimcə, valyutadəyişmə məntəqələrinin yenidən bərpa edilməsinə hazırda ehtiyac yoxdur”. Alçina Amilqızı





Həftənin ən çox oxunanları