Yuxarı

2017-ci il üçün bədbin proqnoz

2017-ci il üçün bədbin proqnoz

Neftin qiyməti ilə bağlı növbəti ilə daha pessimist proqnozlar var.

Bu haqda iqtisadçı- ekspert Vüqar Bayramov Cebhe.info-ya açıqlamasında deyib.

İqtisadçı BP və Şell kimi dünya nəhənglərinin bir neçə gün öncə neftin bir barelinin növbəti ildə 50-55 dollar olması ilə bağlı proqnozunu dəyişdirməsinin ölkəyə təsirindən danışıb:

“Hər iki dünya nəhəngi son bəyanatlarında açıqlayıblar ki, 2017-ci ildə bir barelin qiyməti 50 dollardan aşağı olacaq. Bir barelin qiyməti təxminən 40-50 dollar arasında dəyişəcək. BP-nin son proqnozları da göstərdi ki, Azərbaycan qeyri- neft sektorunu inkişaf etdirməklə neftin qiymətinin aşağı düşməsindən təsirlənib. Azərbaycan neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yaranan iqtisadi böhranı yalnız qeyri-neft sektorunu inkişaf etdirməklə kompensasiya edə bilər”. V.Bayramovun sözlərinə görə, neftin qiymətinin sabit saxlanması OPEK və bura daxil olmayan dövlətlər ilə ortaq razılığın əldə olunmaması ilə əlaqədardır. Görünən isə budur ki, neft nəhəngləri öncəki illərdə olduğu kimi ölkələrinə milyardları axıda bilməyəcək.

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları