Yuxarı

“Qara bazar”a axan dollar kimindir?

“Qara bazar”a axan dollar kimindir?

Pul hərisliyi ölkəni hara aparır?

Ölkədə yaranan dollar qıtlığının səbəbi bəzi kommersiya banklarının bundan yüksək gəlir əldə etmək istəyidir. Banklar əllərində olan valyutanı “qara bazar”a ötürməklə yüksək gəlir əldə edirlər. Ancaq bankın və “qara bazar”ın satış qiymətlərinə baxdıqda bu rəqəmlər arasında təzadların olduğunu görürük. Belə ki, banklarda dollar satışı 1.76-dan yuxarı (1 ABŞ dolları=1.75 AZN) göstərilir, ancaq “qara bazar” da dollar satışı standart olaraq 1.76 məzənnə ilə aparılır.

Qiymətlər təqribən eyni olsa da hər kəs “qara bazar”a üzv tutur. Səbəb isə sadədir. Banklar dollar satışına məhdudiyyətlər tətbiq edir. Bu da “qara bazar”ın çiçəklənməsinə səbəb olur. Banklardan dollar almağın mümkün olmadığı üçünsə hər kəs “qara bazar”a üz tutur. “Qara bazar” artıq bankların “küçə filialı” rolunu oynayır. “Qara bazar” işçiləri də şəhərin müxtəlif yerlərində açıq şəkildə valyuta əməliyyatlarını həyata keçirirlər.

Bütün bunlara nəzər saldıqda məlum olur ki, dollar yalnız “qara bazarda”dır. Banklar hərraclardan aldıqları dollarları “qara bazar”a ötürür. Bu da süni dollar qıtlığın yaranmasına və məzənnənin sürətlə artmasına səbəb olur. Bununla bağlı “Cümhuriyət” qəzetinin və Cebhe.info xəbər portalının kifayət qədər reportajları və xəbərləri olub.

 “Qara bazar”ı banklar yaradır

Sual yaranır ki, bəs banklar dollar satmırsa, niyə məzənnəni bu qədər yüksək qoyurlar? Banklar bununla manipulyasiya edirlər. Belə ki, banklar dollar alış məzənnəsini yüksək göstərərək dollar kreditlərinin ödənişlərindən əlavə gəlir əldə edirlər. Çünki banklar dollar kreditlərinin manat ekvivalentilə ödənişini dolların satış qiymətilə aparırlar.

Banklar da məzənnəni yüksək verməklə əlavə gəlir götürürlər. Qeyd edək ki, banklar dollar alqı-satqısının məzənnəsini Mərkəzi Bankın 4 faizli marjası çərçivəsində daxili qaydalara uyğun olaraq özləri təyin edirlər.  Bu bankların müstəqil maliyyə siyasətindən asılı olaraq dəyişir. Bu səbəbdən də bankların valyuta mübadiləsində göstərdiyi rəqəmlər fərqli olur. Bankların göstərdiyi rəqəmlər onların dollar satması anlamına gəlmir. Bankların dollarları yalnız “qara bazar”da satılır. İqtisadçılar da bildirirlər ki, dolların məzənnəsinin artmasında daha çox banklar maraqlıdır. Çünki banklar bundan yüksək gəlir əldə edirlər.

Hal-hazırda da gedən proses manatın ucuzlaşması yönündə gedir. Bütün valyutanın “qara bazar”da toplanması isə ölkədə dollar qıtlığının artmasına səbəb olur. Bu isə manata qarşı olan təzyiqləri artırır.

Məmurların “qara bazar” marağı

Digər tərəfdən “qara bazar”ın fəaliyyətinin genişlənməsində bir sıra monopolist məmurlar da maraqlıdır. Çünki onların da kifayət qədər xarici valyuta var və onları satmaq üçün məhz “qara bazar”a ötürürlər.

Çünki bankların alış qiymətləri nisbətən ucuz olduğu və rəsmi qeydiyyat aparıldığı üçün monopolist məmurlar əllərində olan valyutanı “qara bazar”da satmağa üstünlük verirlər. Bununla da ölkədə olan xarici valyutanın böyük bir hissəsi “qara bazar”da toplanır. Bu da ölkədə valyuta qıtlığının günü-gündən artmasına səbəb olur. Rəsmi şəkildə satılan valyuta isə artıq tükənmək üzrədir.

Vilayət Muxtar

 





Həftənin ən çox oxunanları