Yuxarı

Bankları varlandıran “qara əməliyyatlar”

Bankları varlandıran  “qara əməliyyatlar”

 

Gizli valyuta əməliyyatı və hesablardan silinən milyonlar

Bütün dünyada bank hər zaman strateji maliyyə mərkəzi hesab olunur. Bir çox ekspertlər hesab edirlər ki, banklar yalnız kreditlər və bir sıra bank əməliyyatları vasitəsilə külli miqdarda pul qazanırlar. Ancaq bu mümkünsüzdür. Heç bir bank yalnız kredit verməklə və müştəri cəlb etmək üçün tətbiq etdikləri xidmətlərlə öz sahibini oliqarxa çevirə bilməz. Banklarda bizlərin görə bilmədiyi bir çox “qara pul” əməliyyatları aparılır ki, əslində bankların əsas gəlir mənbəyi də elə budur.

Bəs banklarda “qara pul” əməliyyatları necə aparılır? Əslində bunun adı sadə görünsə də mexanizmi çox çətindir. Dünyada ən yüksək gəlir gətirən sahənin “narkoticarət”, “insan alveri” və “orqan alveridir”. Ancaq bu sahələrdən gələn külli miqdarda (milyardlarla) vəsaitin hansı yollarla dövriyyəyə çıxarıldığı məlum deyil.

Bütün bu işlər görülüb, vəsait əldə edildikdən sonra növbə bankların “fərasətini” göstərməyə çatır. Hər kəs bu əməliyyatı çirkli pulların yuyulması kimi bilir. Təbii ki, bankda çalışan sadə kredit mütəxəsislərinin, əməlliyyatçıların, kassirlərin və hətta filial müdirlərinin belə bu əməliyyatlardan xəbəri olmur. “Qara pul” əməliyyatı yalnız bank sahiblərinin özlərinə bağlı olan şəxslərin “ayrı-ayrı” hesablar üzərində “oynaması” ilə aparılır.

Bu əməliyyat təkcə ofşor zonalarda f

əaliyyət göstərən banklarda aparılmır. Hətta Azərbaycanda fəaliyyət göstərən bir çox banklar bu əməliyyatları aparır və nəticədə oliqarxa çevrilir. Hər kəsə məlumdur ki, bankların demək olar əksəriyyətinə hansısa məmur “krişalıq” edir. Əslində buna bankların özü maraq göstərir. Çünki “krışa”nın olmaması onun “işsiz” qalması deməkdir. Yəni, qanunsuz işlər görərək külli miqdarda vəsait əldə edən şəxs öz qoruduğu bank vasitəsilə əldə etdiyi çirkli pulu yumalıdır. Ancaq o zaman vəsaitin hardan və necə gəldiyini gizlətmək olur. Nə qədər “güclü” məmur olur-olsun hər bank bu əməliyyatları apara bilməz. Çünki bu əməliyyatların aparılması mexanizmi əvvəlcədən hazırlanmalıdır.

Mexanizmlər necə hazırlanır?

“Qara pul” mexanizminin hazırlanması üçün ilk növbədə öncədən razılaşdırılan şəxslərin adına müxtəlif sahələr üzrə şirkətlər açılır. Şirkət ən az 3 ay “fəaliyyət” göstərdikdən sonra kvartala uyğun hesabatlar hazırlanır və təbii ki, həmin hesabatlarda şirkətin adına milyonlarla gəlir göstərilir. Sonra kağız üzərində qazanılan pulları bank hesablarına yatırırlar və proses başlayır. Prosesin davamında isə illeqal yollarla qazanılan bütün pullar həmin şirkətlərin adına açılan hesaba daxil edilir və elə həmin hesablar vasitəsilə də xarici banklara göndərilir. Sərhəddi keçən pullar isə yenidən həmin banka ancaq leqal hesablara qaytarılır. Bununla da proses bitmiş hesab olunur.

“Çirkli pulların” yuyulma mexanizmi

Bu prosesdə bir çoxlarının ağlına gəlməyəcək mexanizmlər işlənir, hazırlanır. Bu baxımdan da çox sayda mexanizmin mövcud olduğunu demək mümkündür.

Çirkli pulların yuyulma üsulları ölkədən ölkəyə, maliyyə sistemlərində istifadə vasitələrinin müxtəlifliyindən asılı olaraq dəyişir. Bu prosesdə əsas yeri çirkli pulların yuyulmasında ixtisaslaşan banklar tutur. Banklardan əlvə bu işi daha çox mühasiblər, hüquqşunaslar və profesionl maliyyəçilər görür. Təbii ki, bu şəxslər də görəcəkləri işi əvvəlcədən bankla razılaşdırır və onlar yalnız vasitəçi rolunu oynayaraq əldə olunan gəlirdən pay alırlar.

Bu gün bir çox şirkətlər də çirkli pulların yuyulmasında birbaşa iştirak edirlər və həmin şirkətlərin açılma səbəbi də elə budur. Ölkədə bu gün kifayət qədər şirkət var ki, onlar işçilərinin maaşını hər hansı şirkət vasitəsilə həyata keçirir və istehsal etdikləri məhsulun xammalını xaricdən nəğd pulla alır. Yəni, ümumiyyətlə nəğdsiz hesablaşmalardan və ya hansısa bank xidmətindən istfadə etmir. Həmin şirkətlərdə istifadə olunan vəsait məhz qeyri-qanuni yolla qazanılan çirkli pullardır.

Həmin çirkli pullar hesabına məhsullar istehsal edilir və bazara satışa çıxarılır. Həmin məhsulların satışından əldə olunan gəlir isə təmiz pul sayılır. Bu da çirkli pulların yuyulmasında istifadə olunan mexanizmlərdən biridir.

Digər bir mexnizm isə yenə də bankların adı ilə bağlıdır. Bu mexanizm çox az istifadə olunsa da problemsiz işləyən mexanizmlərdəndir. Bank daxil olan külli miqdarda çirkli pulu xırda hesablara bölür və ayrı-ayrı şəxslərin adına açılmış elektron kartlara yükləyir. Burada diqqət olunası məqam kartların və bankın beynəlxalq səviyyədə tanınmasıdır.

Sonra həmin elektron kartlar bank vasitəsilə xarici ölkələrə (əsasən ofşor zonalara) çıxarılır. Həmin kartlardakı vəsait toplanaraq eyni bir hesaba yönləndirilir və əvvəlcədən açılmış “yüksək gəlirli” şirkətin hesabına keçirilir. Bununla da həm bankın hesabatları, həm də çirkli pullar təmizlənir və leqal vəsait kimi dövriyyəyə buraxılır.

Vilayət Muxtar

 





Həftənin ən çox oxunanları