Yuxarı

Dollar ucuzlaşsa, qiymətlər enəcəkmi?

Dollar  ucuzlaşsa,  qiymətlər  enəcəkmi?

 Rəşad Həsənov: “Fundamental faktorlar hələlik manatın əleyhinədir”Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artırmamaq barədə fevralın 1-də verdiyi qərardan sonra dolların məzənnəsi aşağı düşməyə başlayb. Bu proses bir çox ölkələrdə müşahidə edilib. Bəzi ekspertlər hesab edir ki, uçot dərəcəsinin artırılmaması maliyyə bazarlarında müəyyən dəyişikliklər yaradacaq. Fond birjaları, xammal qiymətləri yüksələcək, dollar isə zəifləyəcək. Təbii ki, bu qərarın gələcəyi qaranlıq qalacaq.FES yaxın gələcəkdə də faizləri artırmasa, maliyyə bazarlarında ciddi dəyişikliklər baş verəcək. Əgər növbəti iclaslarda uçot dərəcəsini artırması barədə siqnallar versə, qısamüddətli artımdan sonra maliyyə bazarlarında qiymətlər yenidən əvvəlki səviyyələrə qayıdacaq.İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə müavininin köməkçisinin açıqlamasından sonra dollar dünya bazarında ucuzlaşmağa başladı: “Bu açıqlamadan bir gün sonra Avropa Mərkəzi Bankı uçot  dərəcəsini artırmamaqla bağlı qərar qəbul etdi. Eyni zamanda bu qərardan bir gün sonra Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini artırmamaqla bağlı qərarı dolların məzənnəsinə təsir etdi. Bütün bunların fonunda avro-dollar kontekstində vəziyyət avronun xeyrinə dəyişdi. Yəni, avro möhkəmlənməyə, dollarsa ucuzlaşmağa başlayıb. Bu, özünü dünyada əsas valyutalara qarşı da nümayiş etdirir. Məsələn, Yapon yuanı, Britaniya funt sterlinqi və digər valyutalara qarşı öz təsirini göstərib”.İqtisadçı ötən gün Azərbaycanda keçirilən hərraclara diqqət çəkərək qeyd edib ki, çox cüzi faizlərlə olsa da, rəsmi rəqəmlərdə manatın iki dəfə möhkəmləndiyi göstərilir: “Təbii ki, dünya birjalarında dollar-avro münasibətləri manatın məzənnəsinin formalaşmasında mühüm əhəmiyyət daşıyır. Amma buna baxmayaraq hesab edirəm ki, hökumətin bu istiqamətdə qərar  verməməsinin əsas səbəblərindən biri böyük ehtimalla hərracda uçot dərəcəsinin artırılmaması nəticəsində 2 aylıq müddətdə dünya bazarlarında dolların mövqeyini zəifləyəcəyi ehtimalıdır. Eyni zamanda Azərbaycanda manatın psixoloji həddə yaxınlaşması, yəni, ilin əvvəli oluduğundan dövriyyədə manat kütləsinin az olması, dövlət büdcəsindən xərcləmələrin həcminin ortaya çıxarılmaması kimi faktorlar manatın lehinə istifadə ediləcək. Bu hərraclar həssasdır. Hərraclar nəticəsində bazarda manat kütləsinə qarşı çox ciddi təzyiq formalaşacaq. Həmçinin kəskin dəyərsizləşdirməyə də gətirib çıxaracaq. Ola bilsin ki, risklərin müəyyən qədər neytrallaşdırılması məqsədilə hökumət manatın hələlik müvəqqəti şəkildə möhkəmlənməsi fikrinin yaradılmasına cəhd göstərir. Digər xarici və daxili faktorlar bu istiqamətdə hökumətə kömək olur”.Rəşad Həsənovun qənaətincə, hərraclar vasitəsilə olsa belə, manat möhkəmlənərsə, real bazarda dolların ucuzlaşması prosesi baş verəcək: “Amma söhbət 3-5 faiz ucuzlaşmadan getmir. Yəni, bu ucuzlaşma rabitəsiz şəkildə davam edə bilməz. Çünki fundamental faktorlar hələlik manatın əleyhinədir”.Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları