Yuxarı

FED “dollar imperiyası” qurur

FED “dollar imperiyası” qurur

Fikrət Yusifov: “FED-in məqsədi ABŞ dollarının məz ənnəsini daha da möhkəmləndirməkdir”ABŞ Federal Ehtiyat Sistemi (FED) mart ayında keçiriləcək iclasında dolların uçot dərəcəsini artıra bilər. "Pacific Investment Management Company" qlobal investisiya şirkətinin icraçı direktoru Endryu Balls bildirib ki, FED faiz artımına getmək istəyirsə, bazarları çaşdırmamaq üçün ciddi işləməlidir. O, investorların belə bir "həmləyə" dair gözləntilərinin aşağı olduğunu deyib.Kənd təsərrüfatı xaric məşğulluq hesabatındakı maaş artımı göstəricisi mart ayında faiz artırılacağı ehtimalını bir qədər qaldırır" deyən Balls, FED tərəfindən bu il faiz dərəcəsinin ən azı iki dəfə artırılacağının gözlənildiyini deyib.Bundan əlavə ABŞ Mərkəzi Bankı FED-in Filadelfia şöbəsinin sədri Patrick Harker bankın mart ayına planlaşdırılan iclasında faiz artımını istisna etməyib. Bu il pul siyasəti yığıncaqlarında səsvermə hüququ olan Harker mart toplantısında faiz artımı təklifinin masada olacağını deyib. O məşğulluq göstəricisinin yaxşı olduğuna diqqət çəkərək bildirib ki, ÜDM-in artması haqqında yaxşı xəbərlər davam edir: ”Əmək bazarının güclənməkdə olduğuna bağlı işarələr var".Harker martın 14-15-də keçiriləcək Federal Açıq Bazar Komitəsinin (FOMC) yığıncağında faiz artımına gediləcəyini ictimaiyyətə açıq şəkildə söyləyən ikinci FES səlahiyyətlisidir. FES-in San-Francisco sədri John Uilliams da keçən həftə "Bloomberg"ə verdiyi müsahibəsində, faiz artımına gediləcəyini söyləmişdi. İnvestorlar isə mart ayına planlaşdırılan toplantıda faiz artımına 25 faiz ehtimal olduğunu deyirlər. Qeyd edək ki, FES ötən həftəki iclasında faizləri dəyişdirməmişdi.Dolların ucuzlaşması fonunda bu addımın məqsədi nədir?“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Cümhuriyət” qəzetinə bildirib ki, FED-in martda gözlənilən toplantısında uçot dərəcəsinə yenidən baxılması məsələsi yeni deyil: “Ötən ilin dekabr ayında FED-nin qəbul etdiyi qərarla uçot dərəcəsinin 0.25 faiz qaldırdı. Həmin toplantıda qəbul edilmiş qərara əsasən 2017-ci ildə FED il ərzində 3 dəfə uçot dərəcəsini 0.25 faiz olmaqla qaldırmaq istəyindədir.Məqsəd ABŞ dollarının məzənnəsinin daha da möhkəmlənməsinə xidmət edir. Son günlərdə tək Azərbaycanda yox, bütün dünyada dolların məzənnəsində müəyyən qədər ucuzlaşma gedir. Dekabr ayında uçot dərəcəsi artandan sonra, dollar bir müddət bahalaşmağa doğru getdi. Bu, təbii bir proses idi. FED-in ötən həftə keçirilən iclasında faizlər dəyişdirilmədi. Bundan öncə həmin toplantında yenidən uçot dərəcəsinin artırılmasilə bağlı səsləndirilən fikirlər təsdiqini tapmadı. Ümumiyyətlə, bu fikirlərin doğru olması real ola bilməzdi. Çünki uçot dərəcəsi dekabr ayında dəyişmişdi. Bu fonda dolların məzənnəsinin dünya bazarlarında zəifləməsi psixoloji amillərlə də bağlıdır”.Azərbaycanda dolların məzənnəsinin zəifləməsinə gəlincə, ekspert bunun iki səbəbinin olduğunu vurğulayıb: “Birinci səbəb psixoloji faktordu, ikinci isə Azərbaycan bankları son illərə qədər valyuta satışını dayandırmasıdır. Praktiki olaraq dollar ətrafında panik bir durum yaranmışdı. Hüquqi və fiziki şəxslər əllərində olan manatı dollara çevirib saxlayırdı. Təbii ki, bu gözləntilər özünü doğrulda bilməzdi. Çünki bu qədər valyutanın yığılması, nəticə etibarilə bazar açılanda bazara təklif olunmalı idi. Bu gün həmin təklif olub. Əldə olunan son məlumata görə, banklar artıq 1-2 ay bundan öncə kimlərinsə 1 dolları 2 manat kursu ilə alıb yığdıqları dolları bu gün artıq 1.75 qəpikdən almağı təklif edir. Bu cür panik bir vəziyyətdə bu hay-küyün yaratdığı təsir və tələbə uyğunlaşıb tez qərar qəbul etmək lazım deyil. O insanlar səhv etdilər ki, panikaya düşüb əllərində olan son manatlarını da verib dollar aldılar, onlar bu gün başqa vəziyyətdə qalıb. Hesab edirəm ki, bir müddətdən sonra dolların məzənnəsində yenidən bahalaşma baş verə bilər. Yenidən bu spekulyativ işlərlə məşğul olan kimlərsə uduş mövqeyində olacaq, ancaq kortəbii şəkildə gedib bunları edən kimlərsə də uduzan mövqedə qalacaqlar. Ona görə son günlər manatın məzənnəsinin möhkəmlənməsi, dolların məzənnəsinin zəifləməsi Azərbaycandakı spesifik xüsusiyyətlə bağlıdır”.Yeganə Oqtayqızı 





Həftənin ən çox oxunanları