Yuxarı

Maliyyə Nazirliyi 700 milyon borca girir

Maliyyə Nazirliyi 700 milyon borca girir

 Rəşad Həsənov: “Nazirlik bunu öz büdcə kəsirini kompensasiya etmək məqsədilə həyat keçirir”Maliyyə Nazirliyi istiqraz buraxılışı yolu ilə 700 milyon manat borc almağı planlaşdırır. 2017-ci il  yanvarın 27-də Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 (yüz) manat olan 6 000 000 (altı milyon) ədəd dövlət qısamüddətli istiqrazlarının buraxılışı 54S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Palata tərəfindən həmçinin yanvarın 27-də Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 (yüz) manat olan 1 000 000 (bir milyon) ədəd dövlət ortamüddətli istiqrazlarının buraxılışı 55S nömrəsi ilə dövlət qeydiyyatına alınıb.Oxşar addım ARDNŞ tərəfindən atılmışdı. Hələ ötən il sentyabr ayında şirkət SOCAR İstiqrazların satışına başlamışdı.  Bir istiqrazın dəyəri 1000 (min) dollarıdır. İstiqrazlar 5 il müddətlidir və illik 5 faiz gəlir gətirəcək. 100.000 ədəd istiqraz buraxılıb. İstiqrazların ümumi dəyəri 100 milyon dollarıdır. Faizlər 3 aydan bir ödəniləcək. İstiqrazlardan əldə olunacaq gəlirdən vergi tutulmayacaq. Bu istiqrazların nə qədər əlverişli olduğu, sərfəli olub olmaması ilə bağlı müzakirələr hələ də davam edir. Bu məsələnin başqa tərəfidir. Eyni addımın “Azəriqaz” ASC, “Azəriişıq” ASC, eləcə də digər bu kimi gəlir gətirən qurumların atması hardasa başadüşülən ola bilər.Maliyyə Nazirliyinin  bu addımı atması hansı zərurətdən yaranıb? Ən əsası nəticəyə nail olunacaqmı?İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, bu, yeni bir əməliyyat növü deyil. Ekspert deyib ki, Maliyyə Nazirliyi vaxtaşırı olaraq dövlət istiqrazlarını dövriyyəyə buraxıb: “Bu əməliyyat Maliyyə Nazirliyinin hüquqları çərçivəsində aparılır. Müxtəlif dövrlərdə dövlət büdcəsinin icrası ilə bağlı müəyyən problemlər yaranarkən bu vəsaitlər istiqrazların emissiyası yolu ilə cəlb olunur. Daha sonra isə yenidən vəsaitlərin geri qaytarılması məsələsi baş verir ki, bu zaman gəlirlər yerinə gəlir. Hazırda 700 milyon dəyərində istiqraz emissiyasında məqsəd proqnozlaşdırılan büdcə kəsirinin kompensasiya edilməsidir. Dolayısı ilə bu, dövriyyədən müəyyən qədər manat kütləsinin də kənarlaşmasına gətirib çıxarda bilər. Nəticədə bu da manat üzərində təzyiqi azaldır. Amma nəzərə almaq lazımdır ki, Maliyyə Nazirliyi məhz istiqraz emissiyasını öz büdcə kəsirini kompensasiya etmək və cari xərcləri zamanında yerinə yetirilməsi təmin etmək məqsədilə həyat keçirir”.Rəşad Həsənov ehtimal edir ki, Maliyyə Nazirliyi 700 milyon manat borc almağı planlaşdırırsa, bu, onun xərclərini kompensasiya edəcək: “Nazirlik emissiya etdiyi qiymətli kağızları Bakı Fond Birjasında yerləşdirən zaman problem ortaya çıxa bilər. Yəni, sifariş və təklif arasında müəyyən problemlə üzləşə bilər. Amma son dövrlərdə xüsusilə maliyyə bank sektorunda müşahidə olunan narazılıqdan sonra dövlət zəmanətilə emissiya olunan bütün qiymətli kağızlara yüksək səviyyədə tələbat olub. Eyni zamanda burda faiz dərəcəsi də az deyil. Bu baxımdan böyük ehtimalla əməliyyat uğurla tamamlanacaq”.Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları