Yuxarı

Yeni pullar gəlir

Yeni pullar gəlir

Mərkəzi Bank “kölgə iqtisadiyyatı”nı “çiçəkləndirir”Nazim Bəydəmirli: “Bundansa iqtisadiyyatı stabilləşdirmək və nağdsız ödənişləri stimullaşdırmaq lazımdır”Azərbaycan Mərkəzi Bankı (AMB) iri nominallı pul nişanlarının tədavülə buraxılması imkanını qiymətləndirir. Bu barədə Trend-ə Mərkəzi Bankdan bildiriblər. Qeyd olunub ki, beynəlxalq təcrübədə tədavüldə iri nominallı əsrinasların xüsusi çəkisi yüksəldikdə mərkəzi banklar tərəfindən dövriyyəyə növbəti iri nominallı əskinaslar buraxılır:“Hazırda tədavüldə iri nominallı (50 və 100 manat) pul nişanlarının xüsusi çəkisi 90 faiz təşkil edir. Bu baxımdan AMB ölkənin makroiqtisadi inkişaf templərini, eləcə də tədavüldə olan nağd pul kütləsinin artım dinamikasını nəzərə alaraq, nağd pulun strukturunun optimallaşdırılması və ödənişlərdə adekvatlığının təmin edilməsi məqsədilə milli valyutanın nominal strukturunun və iri nominallı pul nişanlarının tədavülə buraxılmasının mütəmadi olaraq qiymətləndirməsini aparır”.Xırda pul əskinasları sıradan çıxacaqQeyd edək ki, bu məsəl bir neçə il bundan öncə də qaldırılmışdı. 2012-ci ildəMərkəzi Bank dövriyyəyə 200 və 500 nominallı əskinaslar, eyni zamanda, 1 və 2 manatlıq sikkələr buraxmağa hazırlaşırdı. Daha böyük nominalda əskinasların buraxılması ölkədə pul dövriyyəsini daha effektiv etmək və dövlət xərclərini azaltmaq məqsədini güdür. Həmin vaxt qərarın yaxın 5 ildə qüvvəyə minəcəyi bildirilirdi. Ekspertlər hesab edir ki, iri nominallı pul nişanlarının dövriyyəyə buraxıldığı təqdirdə valyuta əməliyyatlarında xırda pul əskinaslarının tamamilə sıradan çıxmasına səbəb ola bilər. Hazırda bir sıra xırda pul əskinasları, əsasən 1, 3 və 5 qəpiklər ticarət müəssisələrində qalıq kimi istifadə olunur. Hətta inflyasiyanın səviyyəsilə əlaqədar olaraq 10 və 20 qəpiklik əskinaslar da dəyərini itirmək təhlükəsilə üzləşə bilər. İstənilən halda böyük nominallı əskinasların dövriyyəyə girməsi, ilk növbədə inflyasiyaya təsir edir.İqtisadçılar hesab edir ki, pul dövriyyəsinə iri nominallı əskinasların buraxılması üçün real iqtisadi zəmin yoxdur.“Bu addım doğru deyil”İqtisadçı-ekspert Nazim Bəydəmirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki,iri pul nominallarının dövriyyəyə buraxılması vacib deyil: “Əslində, nağdsız ödənişlərin stimullaşdırılması üçün addımlar atılmalıdır nəinki dövriyyəyə, kölgə iqtisadiyyatına xidmət edən iri nominallı nağdı pulların buraxılması. Bu, doğru addım deyil. Əslində, nağd pulun dövriyyədə olması iqtisadiyyatın açıqlığının göstəricisidir. İri nominallı pul buraxmaq əvəzinə, iqtisadiyyatı stabilləşdirmək və nağdsız ödənişləri stimullaşdırmaq lazımdır. Bu yolla gedilsə, daha məntiqli olar. Azərbaycanın ən yüksək nominalı olan 100 manatdan artıq əskinası buraxmaq nəyə lazımdır? Doğrudur, son zamanlar avroya nisbətdə manat dəyər itirib. Ancaq bu o qədər də katastrofik dərəcədə deyil. Orta aylıq əməkhaqqı 480 manat civarında olan ölkədə iri nominalların olmasına ehtiyac yoxdur. Yəni, orta aylıq əməkhaqqı 500 manat deyil ki, 200 və 500 manatlıq yeni nominallar buraxılsın. Pulun nominal dəyərinin göstəriciləri var. Əgər ölkədə əməkhaqqı 2000 min manatdan, pensiyalar isə kifayət qədər yüksək olsaydı, onda nominalların daha çox olması haqqında düşünülərdi. Bu səbəblərdən belə addımın atılmasını doğru hesab etmirəm”.Nazim Bəydəmirli onu da qeyd edib ki, istənilən halda yüksək nominallı əskinaslar inflyasiya təzyiqini artırır, xırda pulların tez dövriyyədən çıxmasına səbəb olur: “Bu addımlar iqtisadiyyatda çıxış yolu deyil. Hesab edirəm ki, illər öncə səsləndirilmiş fikirlər piar xarakterli, iqtisadiyyatdan asılı olmayan siyasi bəyanatlar idi. Müxtəlif isimlərin düşünülməmiş qərarları idi. Pul dövlət rəmzidir ona görə onu tez-tez dəyişmək olmaz. Uzunmüddətli strategiyası olmayan zaman dövlət özü də kiçik görünür. Bu nöqteyi-nəzərdən siyasətə dövlətçilik baxımından yanaşmaq lazımdır. Bunlar bir günlük məsələlər deyil”.Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları