Yuxarı

Müharibə hazırlığı: Birjalar silkələndi, milli valyutalar ucuzlaşdı, qızılda təhlükəli artım

Müharibə hazırlığı: Birjalar silkələndi, milli valyutalar ucuzlaşdı, qızılda təhlükəli artım

ABŞ və Şimali Koreya arasında gərginləşən münasibətlər və müharibə hazırlığı birjalara təsirsiz ötüşməyib.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, böhran ilk növbədə qiymətli və etibarlı yatırım olan qızıla tələbatı artırıb. 

Prezident Donalıd Trampın Şimali Koreyada müharibə ediləcəyinə dair bəyanatları və qarşı tərəfdən ona verilən hər bir cavab birjalarda qiymət oynaması ilə müşayət edilir. Türkiyənin "Sözçü" qəzetinin yazdığına görə, dünya birjalarında qızıl qiymətində kəskin artım qeydə alınıb. Mütəxəssislər Koreya böhranının belə davam edəcəyi təqdirdə qızılın qiymətinin ucuzlaşmasının gözlənilmədiyini bildirir.

Böhran həmçinin Rusiya rublu, Türkiyə lirəsi, Güney Afrika randı, Meksika pesosuna da təsirsiz qalmayıb. Qızılın unsiyası 1280 dollardan artmağa başlayıb və ekspertlər bu yükşəlişin təhlükəli hədd hesab edilən 1296-ya qədər davam edəcəyini təxmin edir. 

Xəzər





Həftənin ən çox oxunanları